Məhkəmə qərarları › İş №3(060)-2152/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2152/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2152/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, “xxxx” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 275.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə “xxxx” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 275.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlərAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 275.1-ci maddəsinə əsasən, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni: 275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 275.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 275.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 275.1.4. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə; 275.1.5. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, onların çoxaldılmasına və ya yayılmasına; 275.1.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə; 275.1.7. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə; 275.1.8. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına; 275.1.9. müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, təkrar istifadə edilə bilməyən qeyri-toksik tullantıların, habelə istifadə və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə; 275.1.10. bu Məcəllənin 275.1.1 - 275.1.9-cu maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görəfiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Protokol düzgün tərtib edilməmiş, protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1-ci maddəsinin hansı bəndində nəzərdə tutulan inzibati xətanın törədilməsi, bu inzibati xətaya görə hüquqi şəxsin məsuliyyətə cəlb olunmasının mümkün olub-olmaması araşdırılmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “xxxx” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 275.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar