Məhkəmə qərarları › İş №3(060)-2152/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2152/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2152/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 inzibati xəta haqqında 19.05.2021-ci il tarixli, AP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs - (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində 19.05.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19.05.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün 19.05.2021-ci il tarixdə saat 09:35 radələrində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də Şəxs MMC tərəfindən Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə məlumat verilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xəbərdarlıqdan və xəbərnamədən görünür ki, Şəxs MMC sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdar edilmiş və 12.03.2021-ci il tarixdə xəbərnamə digər qaydada qrafasında Abduyev soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə-Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar