Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2154/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin AÜBİ polis kapitanı X1 tərəfindən X2 barəsində 25 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə tərtib olunmuş AP № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 23 iyun 2021-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. İXM-ninin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Ona görə də protokolu tərtib edən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını təmin etməyə borcludur. Protokolu tərtib etmiş şəxs tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında iştirakı təmin olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bütün bunlar isə İXM-nin 100-cü maddəsinin göstərişlərinə ziddir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə tərtib olunmuş AP № ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana-Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2154/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2154/2021
23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver