Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2154/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin (DYPŞ-nin) yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Mercedes Benz E200 minik” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinin tələbini pozmuş və nəticədə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibti xətanı törətmişdir. Xəta nəticəsində sürücü Sumqayıt şəhəri, Corat qəsəbəsi daxilində hərəkətdə olarkən idarəetməni itirmiş və beton maneəyə çırpılmış avtomobildə olan sənişin xx.xx.1973-cü il təvəllüdlü X2 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokol tərtib etmiş orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:30 radələrində “Mercedes Benz” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hüseyn Arif küçəsində təxminən 40-50 km sürətlə hərəkətdə olan zaman yol gecəcişıqlan olmadığından qaranlıq olduğundan həmçinin mobil telefonu avtomobilin salonuna düşdüyündən o, əyilib onu götürmək istədikdə anidən idarəetməni itirmiş və bu zaman yolun sağında yerləşən beton qata çırpılmışdır. Hadisə baş verdikdən sonra avtomobilində olan həyat yoldaşı X3 xəsarət aldığından hadisə yerinə gələn yaxın qohumlarının vasitəsilə onu Sumqayıt şəhər TTYX-na çatdırmışlar. Hal-hazırda maddi imkanının olmamasınınəzə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı polis kapitanı Elnur Feyzullayevin cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, MTE və PA Bilriyinin Sumqayıt şəhər Şöbəsindən alınmış 1189 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ əlin arxa səthini və sağ mil-bilək oynağının arxa səthini əhatə edən, dərialtı hematoması, sğ əlin ovuc səthinin İ-İİ-İİİ əl-daraq sümüyü proyeksiyasının və sağ mil-blək oynağının ön səthini əhatə edən qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı yarana bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNQÜL zərərvurmaya aiddir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan cinayət işinin istintaq materialları üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslərə izah olunmalıdır ki, vurulmuş zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxslərə izah olunur ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov
Məhkəmə qərarları › İş №3(060)-2154/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2154/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver