Məhkəmə qərarları › İş №3(060)-2155/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2155/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2155/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə İsmayıllı rayonuda doğulmuş, işləməyən, subay, orta təhsilli, İsmayıllı rayonu, A.Aslanov küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Gecə qondu, ev 395-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li və 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində Zərərçəkmiş şəxs4 məxsus “Kia minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq sənədləri, pul kisəsini, 10,00 manat dəyərində gün eynəyini və 26 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, Corat bağlar ərazisində X1 məxsus “Hundai Accent minik” markalı **- UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq bank kartını və 35,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində X8 məxsus “Vaz 2106 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq 32,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, Corat bağlar ərazisində Zərərçəkmiş şəxs2 Sərvan oğluna məxsus “Mercedes-Benz C240 minik” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq 35,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində Zərərçəkmiş şəxs1 məxsus “Nissan Sunny minik” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq içərisində sənədlər olan çantanı, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində X5 məxsus “Chevrolet Malibu minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq 35,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Zərərçəkmiş şəxs3 məxsus “Mercedes-Benz minik” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildən Pioner markalı maqnitafon, 3 ətir və 6 manat pulu oğurlaması müəyyən edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 19 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2155/2022, 3(060)-2156/2022, 3(060)-2157/2022, 3(060)-2158/2022, 3(060)-2159/2022, 3(060)-2160/2022 və 3(060)- 2161/2022 №li işlər bir icraatda 3(060)-2155/2022 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin sahə rəisi X7 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, müxtəlif vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 məxsus “Kia minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq icərisindən sənədləri, pul kisəsini, 10,00 manat dəyərində gün eynəyini və 26 manat pulu, daha sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlar ərazisində adını sonradan bildiyi X1 məxsus “Hundai Accent minik” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq bank kartını və 35,00 manat pulu, daha sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində X8 məxsus “Vaz 2106 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq 32,00 manat pulu, daha sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlar ərazisində adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 Sərvan oğluna məxsus “Mercedes-Benz C240 minik” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq 35,00 manat pulu, daha sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 məxsus “Nissan Sunny minik” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq içərisində sənədlər olan çantanı, daha sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində adını sonradan bildiyi X5 məxsus “Chevrolet Malibu minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq 35,00 manat pulu, daha sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 məxsus “Mercedes- Benz minik” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildən Pioner markalı maqnitafon, 3 ətir və 6 manat pulu oğurlamışdır. Ümumilikdə oğurlayaraq əldə etdiyi pulları xərcləmiş və digər əşyaları da müxtəlif vaxtlarda satmış, həmin pulları da öz ehtiyacı üçün xərcləmişdir. Hazırda vurmuş olduğu ziyanları ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməllərdən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində ona məxsus “Nissan Sunny minik” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq içərisində sənədlər olan çantanı oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlar ərazisində ona məxsus “Mercedes-Benz C240 minik” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq 35,00 manat pulu oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində adını ona məxsus “Mercedes-Benz minik” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildən Pioner markalı maqnitafon, 3 ətir və 6 manat pulu oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində ona məxsus “Kia minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq sənədləri, pul kisəsini, 10,00 manat dəyərində gün eynəyini və 26 manat pulu oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İş materialında olan X4 ərizəsindən görünür ki, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını, şikayətçi olduğunu və Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuş və19 avqust 2022-ci il saat 15:00-da azad edilmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 18 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla o, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Şəxs 18 avqust 2022-ci il saat 20:40-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınsın və onun həbsdə saxlama müddətinin əvvəli 18 avqust 2022-ci il saat 20:40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Zərəçəkmiş şəxslərə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar