Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2156/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli 11000/0720 saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli 11000/0720 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 9017,46 (doqquz min on yeddi manat qırx altı qəpik) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X5 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 11000/0720 saylı 27 may 2021-ci il tarixli qərarın ləşv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli 11000/0720 saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 27 may 2021-ci il tarixli 11000/0720 saylı inzibati xət haqqında qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi ona özünün 18 may 2021-ci il tarixli 1600-013/004-26/002488 saylı məktubla, 20 may 2021-ci il tarixli 11000-0654/21 saylı protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 27 may 2021-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə məktub onun ünvanına 26 may 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Məktub onun ünvanına gec çatdırlıdığından fiziki şəxsin inzibati xəta üzrə icraatada iştirak etməyi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 11000-0654/21 saylı, 27 may 2021-ci il tarixli qərar 07 iyun 2021-ci il tarixdə onun ünvanına rəsmi qaydada daxil olmuşdur. İnzibati orqan tərəfindən protokol üzrə inzibati xətaya dair işə baxılması üçün göndərilmiş bildiriş ona gec göndərildiyindən qərarın həmin gün qəbul edilməsi qərəzlidir, qanunsuzdur və qanunvericiliyin tələblərinə ziddir. Mübahisələndirilən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas-xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarında ibarətdir. 02.07.2021-ci ildə keçirilən məhkəmə iclasında X1 nümayəndəsi və vəkili X4 şikayətdə göstərilənləri müdafiə etdi, şikayətin təmin edilməsini və inzibati xəta haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 bildirdi ki, şikayət əsassızdır, inzibati xətaya dair işə baxılması barədə vəzifəli şəxsə məlumat verilmiş, işə baxılmasından onun məlumatı olmuşdur. Bunu poçt sənədləri də təsdiq edir. Qərar qanunidir və şikayətin təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli 11000/0720 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 9017,46 (doqquz min on yeddi manat qırx altı qəpik) manat məbləğində cərimə edilmişdir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsində işə baxılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, X1 şitkayəti əsassız olduğundan rədd edilməlidir. X5 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şikayətçinin mübahisələndirdiyi əsas məsələlər prosessual məsələlərdir: izahatının alınmaması və işə baxılarkən ona məlumat verilməməsi, iştirakının təmin edilməməsi. Məhkəmə tərəfindən bu hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə ona məlumat verilmişdir. Məhkəməyə təqdim edilən sənədlərin surətləri ilə bu təsdiq edilir. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin 27.05.2021-ci il tarixli, 11000/0720 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın.. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2156/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2156/2021
05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver