Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2156/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Qərardan şikayət vermiş şəxs Hüseynov Yavər Məhəmməd oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X6 Məhəmməd oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X6 Məhəmməd oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Hüseynov Yavər Məhəmməd oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ərazi MKİS-də bağban işləyir, qərarda onun iti zədələdiyi, daha sonra boynuna ip salıb sürüdüyü qeyd olunmuşdur. Onun səhvi yalnız itin boynuna ip salıb sürümək olmuşdur. Lakin həmin it ölü olmuş, o da xəstəliyinə görə ölü itə əlini vura bilməmiş, buna görə itin boynuna ip salıb binadan kənara çıxarmışdır. Həmin vaxt onu videoya çəkmişlər. Bundan əvvəl də belə hadisələr olmuş, itə əlini vura bilmədiyindən iti ip vasitəsiylə aparıb basdırmışlar. O, iti öldürməmişdir. İlk dəfədir ki, başına bu cür hadisə gəlir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X7 bildirmişdir ki, protokol polis idarəsi tərəfindən tərtib edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı tərəfindən qərar qəbul edilmiş, həmin qərarda qeyd olunmuşdur ki, X6 Məhəmməd oğlu 1-ci mikrorayon, ev 10 ünvanında itin boynuna ip keçirib sürümüşdür. Bunu vətəndaş X3 videoya çəkərək şikayət etmiş, izahatlar alınmışdır. Protokol idarəyə daxil olduqdan sonra şəxsə bildiriş göndərilmiş, lakin şəxs idarəyə gəlməmiş, öz etirazını bildirməmişdir. Polisin araşdırmasına əsasən qərar qəbul etmişlər. Əgər şəxs idarəyə yaxınlaşsaydı, sübutlar təqdim etsəydi, tərəflərindən inzibati araşdırma müddətini uzadardılar. X3 dəfələrlə ekologiya idarəsinə gəlmişdir. Şikayətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarından görünür ki, 17 iyul 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PBnin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hadisəni törətmiş Hüseynov Yavər Məhəmməd oğlunun əməlində AR İXM-nin 274-cü maddəsinin tərkib hissəsi olduğundan qərarın icrası Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, Hüseynov Yavər Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayətçinin və nümayəndənin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Hüseynov Yavər Məhəmməd oğlu heyvanı (iti) şikəst və ya tələf etmədiyini, Mənzil Kommunal İstismar Sahəsində işlədiyi üçün artıq ölmüş heyvanı (iti) yaşayış binasından uzaqlaşdıraraq basdırmaq üçün onun boynuna ip salaraq kənarlaşdırdığını bildirmişdir. Qeyd olunan xüsusat araşdırılmadan şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, eyni zamanda inzibati araşdırma zamanı şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüseynov Yavər Məhəmməd oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2156/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2156/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver