Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2157/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ akim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı X5, zərərçəkmiş şəxslər X11, X3, X6 və X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə İsmayıllı rayonuda doğulmuş, işləməyən, subay, orta təhsilli, İsmayıllı rayonu, A.Aslanov küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Gecə qondu, ev 395-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li və 19 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində X8 məxsus “Kia minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq sənədləri, pul kisəsini, 10,00 manat dəyərində gün eynəyini və 26 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, Corat bağlar ərazisində X1 məxsus “Hundai Accent minik” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq bank kartını və 35,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində X14 məxsus “Vaz 2106 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq 32,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, Corat bağlar ərazisində X4 məxsus “Mercedes-Benz C240 minik” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq 35,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində X13 məxsus “Nissan Sunny minik” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq içərisində sənədlər olan çantanı, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində X9 məxsus “Chevrolet Malibu minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq 35,00 manat pulu, bundan başqa xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində X10 məxsus “Mercedes-Benz minik” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildən Pioner markalı maqnitafon, 3 ətir və 6 manat pulu oğurlaması müəyyən edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 19 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2155/2022, 3(060)-2156/2022, 3(060)-2157/2022, 3(060)-2158/2022, 3(060)-2159/2022, 3(060)-2160/2022 və 3(060)- 2161/2022 №li işlər bir icraatda 3(060)-2155/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2155/2022, 3(060)-2156/2022, 3(060)-2157/2022, 3(060)- 2158/2022, 3(060)-2159/2022, 3(060)-2160/2022 və 3(060)-2161/2022 №li işlər bir icraatda 3(060)-2155/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2157/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2157/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver