Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2159/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21778615 saylı, xx.xx.2024cü il tarixli, EQ 22124702 saylı və xx.xx.2024-cü il tarixli, EQ 22426911 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21778615 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22124702 saylı və xx.xx.2024-cü il tarixli, EQ 22426911 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi, barəsində ümumilikdə tətbiq edilmiş 240 manat cərimə tənbehinin və 9 cərimə balının silinməsi, həmçinin barəsində olan inzibati xəta haqqında icraatlara xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, EQ 21778615 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22124702 saylı və xx.xx.2024-cü il tarixli, EQ 22426911 saylı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında dörd qərardan eyni vaxtda şikayət verilmişdir. Qeyd olunan hər bir qərarın ayrı-ayrılıqda məhkəmə nəzarəti qaydasında baxılmalı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21778615 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22124702 saylı və xx.xx.2024-cü il tarixli, EQ 22426911 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2159/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2159/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver