Məhkəmə qərarları › İş №3(060)-2162/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2162/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2162/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs - X3 iştirakı ilə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 26.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X1 Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin MN seriyalı ******* saylı, 26.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti 24.06.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs X4 izahatında bildirdi ki, 26 may 2021-ci il tarixində Yasamal rayonu, C.Cabbarlı küçəsi, 3 saylı şəhər poliklinikasının qarşısında iki polis əməkdaşı onu saxlayıb guya onun karantin dövründə tibbi maskadan düzgün istifadə etmədiyini bildirərək şəxsiyyət vəsiqəsini tələb etmişlər. Həmin vaxt tərəfindən fərdi qoruyucu vasitənin istifadəsinə dair heç bir qanunpozuntusu baş verməmişdir. Bununla yanaşı polis əməkdaşı onu saxladarkən polis haqqında qanunun tələblərinə riayət etməyərək özünü təqdim etməmiş, kobud və qeyri-etik formada danışıqlar aparmış və hətta iddia etdiyi qayda pozuntusunun İXM ilə müəyyən edildiyi maddəni də yalnış bildirmiş, əlavə olaraq əgər istəsə onu fiziki şəxs deyil, vəzifəli şəxs olaraq qeyd edib daha artıq məbləğdə cərimə edəbiləcəyini də vurğulamışdır. Həmçinin bütün bu danışıqlar zamanı polis nəfəri və onun yanında xidmətdə olan digər polis əməkdaşı tibbi maskadan düzgün istifadə etməmişdir, maska ağız və burun nahiyyəsinin aşağısında olmuşdur. Bütün bu danışıqlardan sonra o, polis əməkdaşı ilə razılaşmamış və heç bir rüşvət təklif etmədən yoluna davam etmişdir. 04 iyun 2021-ci il tarixində ASAN pay elektron kabinetində MN ******* nömrəli protokolun qüvvəyə mindiyini görmüşdür. Ona qarşı qanunsuz tətbiq olunmuş inzibati tənbeh haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ilə müraciət də etmişdir. Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini və MN seriyalı ******* saylı, 26.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan inzibtati xəta haqqında protokoldan və MN seriyalı ******* saylı, 26.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati orqan tərəfindən araşdırma səthi aparılmaqla həyata keçirilmişdir. Bu səbəbdən də Məhkəmə hazırki iş üzrə mövcud iş materiallarına əsasən yekun nəticəyə gələ bilmir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsiə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X3 şikayəti qismət təmin edilməli, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 26.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 26.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X4 barəsində qəbul edilmiş MN seriyalı ******* saylı, 26.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar