Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2163/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, pərakəndə satış mağazasında işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 2740/2024 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs və Şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023- 02225 nömrəli barışıq sazişi təsdiq edilmışdir. Barışıq sazişinin şərtlərinə əsasən mediasiya prosesi zamanı Şəxs xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış, xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq olunan 511.684,18 (beş yüz on bir min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat maddi ziyan tələbini etiraf etmiş, mediasiya prosesi zamanı Şəxs 511.684.18 (beş yüz on bir min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat borcunu xx.xx.2024-cü il tarixdən etibarən hər ay ən azı 5000 (beş min) manat olmaqla xx.xx.2030-cu ilə qədər tam şəkildə Zərərçəkmiş şəxs MMC-yə geri qaytaracağı barədə öhdəlik götürmüş, hər iki tərəf Şəxs bu saziş ilə götürdüyü öhdəliyi 1 (bir) ay ardıcıl ödəmədiyi halda, hər gecikmə günü üçün aylıq ödəniş məbləğinin 0,1 %-i həcmində cərimə ödəyəcəyi barədə razılıq əldə etmişlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Şəxs tutularaq Zərərçəkmiş şəxsnə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu icra idarəsində gəlməkdən yayınmış, bu səbəbdən xx.xx.2025-ci il tarixlərdə onun barəsində axtarış elan edilmiş, axtarış qərarı əsasında xx.xx.2025-ci ildə icra idarəsinə gətirilmiş və icra idarəsində verdiyi izahatında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 2740/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verəcəyi üçün ödəniş etmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən borclunun apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2740/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi haqqında qərar qəbul edilmişdir. Borclu ərizə yazaraq 1000 manat əmək haqqı aldığını bildirmişdir. Borclunun işlədiyi müəssisə işçinin aldığı əmək haqqının 50%-nin Zərərçəkmiş şəxs MMC-nin hesabına yönəldiləcəyini bildirmişdir. Borclunun banklada olan hesablarına həbs qoyulmuş, lakin hesabda pul olmadığı üçün hər hansı tutma bu günə kimi aparılmamışdır. Bu günədək icra sənədi üzrə borclunun əmək haqqında 2500 manat tutulmuşdur. Borclunun əmlakı müəyyən edilməmişdir. Hazırda tələbkar məhkəmə prosesində iştirak etməsə də şikayətçidir. Göstərilənləri nəzərə alara iş üzrə qanuna müvafiq qərar qəbul edilmləsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin rəsmi qaydada işçisi olmuşdur. Mediasiyada barışıq sazişini qarşı tərəfin səmimiyyətinə inanaraq formal olaraq imzalamışdır. Daha sonra işdən çıxmışdır. Hal-hazırda rəsmi qaydada işləyir. İcra sənədi üzrə hər ay onun əmək haqqının 50% hissəsinə tutma yönəldilmişdir. O, borcu ödəməkdən yayınmır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil icra sənədi üzrə ödənişlər edilməsini və icra sənədi üzrə borclunun əmək haqqından tutulmalar aparıldığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cÜ il tarixli, 2(010)-2740/2024 saylı icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs və Şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023- 02225 nömrəli barışıq sazişi təsdiq edilmış, mediasiya prosesi zamanı Şəxs xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış, xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq olunan 511.684,18 (beş yüz on bir min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat maddi ziyan tələbini etiraf etmiş, mediasiya prosesi zamanı Şəxs 511.684.18 (beş yüz on bir min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat borcunu xx.xx.2024-cü il tarixdən etibarən hər ay ən azı 5000 (beş min) manat olmaqla xx.xx.2030-cu ilə qədər tam şəkildə "Murad Aqro” MMC-yə geri qaytaracağı barədə öhdəlik götürmüş, hər iki tərəf Şəxs bu saziş ilə götürdüyü öhdəliyi 1 (bir) ay ardıcıl ödəmədiyi halda, hər gecikmə günü üçün aylıq ödəniş məbləğinin 0,1 %-i həcmində cərimə ödəyəcəyi barədə razılıq əldə etmişlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli .pıədaxil qəbzi) Şəxs tutularaq Zərərçəkmiş şəxsnə ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2740/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2740/2024 saylı icra qeydini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Bildiriş xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclunun adına bank hesabları oldu üçün onun "xxxx" ASC, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASCdə və "xxxx" ASC-də olan hesablarına həbs qoylmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2740/2024 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs və Şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023- 02225 nömrəli barışıq sazişi təsdiq edilmışdir. Barışıq sazişinin şərtlərinə əsasən mediasiya prosesi zamanı Şəxs xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış, xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq olunan 511.684,18 (beş yüz on bir min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat maddi ziyan tələbini etiraf etmiş, mediasiya prosesi zamanı Şəxs 511.684.18 (beş yüz on bir min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat borcunu xx.xx.2024-cü il tarixdən etibarən hər ay ən azı 5000 (beş min) manat olmaqla xx.xx.2030-cu ilə qədər tam şəkildə Zərərçəkmiş şəxs MMC-yə geri qaytaracağı barədə öhdəlik götürmüş, hər iki tərəf Şəxs bu saziş ilə götürdüyü öhdəliyi 1 (bir) ay ardıcıl ödəmədiyi halda, hər gecikmə günü üçün aylıq ödəniş məbləğinin 0,1 %-i həcmində cərimə ödəyəcəyi barədə razılıq əldə etmişlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Şəxs tutularaq Zərərçəkmiş şəxsnə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu icra idarəsində gəlməkdən yayınmış, bu səbəbdən xx.xx.2025-ci il tarixlərdə onun barəsində axtarış elan edilmiş, axtarış qərarı əsasında xx.xx.2025-ci ildə icra idarəsinə gətirilmiş və icra idarəsində verdiyi izahatında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2740/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verəcəyi üçün ödəniş etmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən borclunun apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2740/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, icra sənədi üzrə bu günə kimi ödəniməli olan məbləğ hər ay 5000 manat olması nəzərə alınmaqla 100.000 manat təşkil edir (xx.xx.2024-cü ildən indiyə kimi, yəni 01 il 08 ay, hər ay 5000 manat olmaqla). Həmin məbləğ üzrə bu günə kimi borclunun əmək haqqında 2500 manat tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi yaranmış borca münasibətdə çox cuzi ödəniş etməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2163/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2163/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver