Məhkəmə qərarları › İş №3(060)-2165/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2165/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2165/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X3 vəkili Vəkil, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakıları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş 25 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X6 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin onun barəsində qəbul etdiyi 25 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin qərarla təyin olunmuş 2.000,00 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. X6 eyni zamanda inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2165/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında iş üzrə 25 iyul 2022-ci il tarixli MN № ******* saylı qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair X6 tərəfindən verilmiş vəsatət təmin olunmuş və ona münasibətdə şikayət vermə müddəti bərpa edilməklə şikayət icraata qəbul edilmişdir. X6 şikayətində göstərmişdir ki, o, Azərbaycan Respublikası qanunvericiliyi əsasında (VOEN:**********) fəaliyyət göstərən fərdi sahibkardır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun adına 25 iyul 2022-ci il tarixdə MN ******* saylı qərar qəbul edilmiş və həmin qərara əsasən o, İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2.000,00 manat cərimə edilmişdir. Qərar 25 iyul 2022-ci il tarixdə çıxarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və 13 iyul 2022-ci il tarixli 74368 saylı akt və MN ******* saylı protokol tərtib edilmişdir. Həmin vaxt müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazisində işlətdiyi “Yaxta” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılmamışdır. Lakin xx.xx.2022-ci ildə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozuntuların aradan qaldırılması üçün ona məcburi göstəriş barədə bildiriş göndərilmişdir. Həmin məcburi bildirişdə ona tapşılımışdır ki, o, 3 ay müddətində Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazisində işlətdiyim “Yaxta” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılmasını təmin etməlidir. O, Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazisində işlətdiyi “Yaxta” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılması üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə ******* saylı müqavilə bağlamışdır. Hesab edir ki, belə olan halda ona cərimə tətbiq oluna bilməz. Lakin qərəzli şəkildə ona cərimə tətbiq edilmişdir. İştirakı təmin olunmadığından o, həmin müqaviləni təqdim edə bilməmişdir. Ona görə də ona əsassız cərimə yazılmışdır. Hesab edir ki, qərar ləğv olunmalı və cərimə silinməlidir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 12 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Lakin qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədkilərindən şikayətə baxılması 16 sentyabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 vəkili Vəkil şikayətə uyğun izahat verməklə yanaşı bildirdi ki, “Yaxta” ailəvi istirahət mərkəzinin mətbəxində uzunluğu bir metr olmaqla kiçik həcmli manqal quraşdırılmış və həmin manqaldan mütəmadi olaraq istifadə olunmur. Mətbəxin fəaliyyəzi zamanı atmosfer havasına tüstü və ya kəskin qoxulu maddələrin atılması halları olmamışdır. Digər yeməklərin hazırlanmasında isə qaz balonundan istifadə olunur və “Yaxta” ailəvi istirahət mərkəzinin mətbəxinə hər hansı qaztoz tutucu qurğunun quraşdırılması ehtiyac yoxdur. Buna baxmayaraq “Yaxta” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılması üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə ******* saylı müqavilə bağlamışdır. Ona görə də, “Yaxta” ailəvi istirahət mərkəzinin mülkiyyətçisi X6 barəsindəki MN ******* №li, 25 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 şikayətin əsassız olduğunu bldirərək izahatında göstərdi ki, Sumqayıt-Novxanı yolunun sol kənarı çimərlik zonasında yerləşən “Yaxta” ailəvi istirahət mərkəzinin tüstü bacasında atmosferə atılan tullantıların tutulub zərərləşdirilməsi üçün qaz toz tutucu qurğu qurlaşdırılmamışdır. Qeyd olunanların nəzərə alınmaqla şikayətin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İXM-nin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görəvəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materialında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttiş X2 İXM-nin 237.1-ci maddəsi ilə tərtib etdiyi MN № ******* saylı, 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Sumqayıt-Novxanı yolunun sol kənarı çimərlik zonasında yerləşən “Yaxta” ailəvi istirahət mərkəzinin tüstü bacasında atmosferə atılan tullantıların tutulub zərərləşdirilməsi üçün qaz toz tutucu qurğu qurlaşdırılmamışdır. Bununla bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Fərid Piriyev inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 25 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 İXM-nin 237.1-ci maddəsinə əsasən 2.000,00 manat cərimə olunmuşdur. İş materialında olan xx.xx.2022-ci il tarixli Ç-MG/4322-039 №-li məcburi göstərişdən görsənir ki, Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazidə fəaliyyət göstərən “Yaxta” ailəvi istirahət mərkəzinin tüstü bacasında atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq qurlaşdırılmamışdır. Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazidə fəaliyyət göstərən “Yaxta” ailəvi istirahət mərkəzinin tüstü bacasında atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq qurlaşdırılması üçün 03 ay icra müddəti verilmişdir. İş materialında olan icraçı Azərbaca Servis MMC və Yaxta restoranı arasında bağlanmış ******* №-li, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə imzalandığı gündən 2 ay (60 gün) ərzində texniki təchizat və qurlaşdırılma tamamlanmalıdır. İcraçı sifarişçi qarşısında yuxarıda qeyd olunan müddət ərzində işlərin təhvil verilməsi barəsində öhdəlik daşıyır. İş materialında olan ******* №-li, xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı əlavə olunan qiymət razılaşdırılması protokolundan görünür ki, ictimai iaşə müəssisəsində havalandırma kanallarına (tüstü bacalarını) təmizləyici (filter) qurğunun qurlaşdırılması 6.000,00 manat qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X3 İXM-nin 237.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X6 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttiş X2 İXM-nin 237.1-ci maddəsi ilə tərtib etdiyi MN № ******* saylı, 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Sumqayıt-Novxanı yolunun sol kənarı çimərlik zonasında yerləşən “Yaxta” ailəvi istirahət mərkəzinin tüstü bacasında atmosferə atılan tullantıların tutulub zərərləşdirilməsi üçün qaz toz tutucu qurğu qurlaşdırılmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixli Ç-MG/4322-039 №-li məcburi göstərişdən görsənir ki, Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazidə fəaliyyət göstərən “Yaxta” ailəvi istirahət mərkəzinin tüstü bacasında atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq qurlaşdırılmamışdır. Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazidə fəaliyyət göstərən “Yaxta” ailəvi istirahət mərkəzinin tüstü bacasında atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq qurlaşdırılması üçün 03 ay icra müddəti verilmişdir. İş materialənda olan icraçı Azərbaca Servis MMC və Yaxta restoranı arasında bağlanmış ******* №-li, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə imzalandığı gündən 2 ay (60 gün) ərzində texniki təchizat və qurlaşdırılma tamamlanmalıdır. İcraçı sifarişçi qarşısında yuxarıda qeyd olunan müddət ərzində işlərin təhvil verilməsi barəsində öhdəlik daşıyır. İş materialında olan ******* №-li, xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı əlavə olunan qiymət razılaşdırılması protokolundan görünür ki, ictimai iaşə müəssisəsində havalandırma kanallarına (tüstü bacalarını) təmizləyici (filter) qurğunun qurlaşdırılması 6.000,00 manat qeyd olunmuşdur. Daha sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Fərid Piriyev inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 25 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 İXM-nin 237.1-ci maddəsinə əsasən 2.000,00 manat cərimə olunmuşdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən “Yaxta” ailəvi istirahət mərkəzi barəsində inzibati araşdırma aparılarkən xx.xx.2022-ci il tarixində 74368 nömrəli akt tərtib edilərək ictimai iaşə obyekti tərəfindən “ətraf mühitin mühafizəsi haqqında qanunun 41-ci maddəsinin tələblərinin pozulduğu qeyd olunsa da, qeyd olunan qanunvericilik normasında müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və istismar müddətində ekoloji tələblər nəzərdə tutulmaqla bildirlir ki, “Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir.” “Yaxta” ailəvi istirahət mərkəzinin fəaliyyəti zamanı həmin qanunvericilik normasının pozulması halları iş materialları və məhkəmə araşdırmasının digər halları ilə təkzib olunur. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ictimai iaşə obyektinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin yol verilən normadan artıq olub-olmaması, obyektin istismarı zamanı layihədə göstərilmiş hər-hansı ekoloji tələbin pozulub-pozulmaması və obyektin tikintisi zamanı ekoloji ekspertizanın müsbət rəyinin olub-omaması barədə hər hansı araşdırma aparılmamış, ictimai iaşə obyektinin mətbəxinin tüstü bacasına qaz-toz tutucu qurğunun quraşdırılmasının məcburiliyi barədə qanunvericilik normalarına istinad olunmamışdır. Həmçinin, “Yaxta” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə, inzibati qaydada protokol tərtib olunmamışdan öncə "xxxx" MMC ilə ******* saylı müqavilə bağlanmışdır. Beləliklə, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş qərar ləğv olunmalı və inzibati xəta haqqında işə yenidən baxılmalıdır. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul olunmuş 25 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttiş X2 tərtib etdiyi MN № ******* saylı, 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul edilmiş 25 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttiş X2 tərtib etdiyi MN № ******* saylı, 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə yenidən baxılması üçün materiallar 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar