Məhkəmə qərarları › İş №3(060)-2166/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2166/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2166/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X3, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakıları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş 27 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin onun barəsində qəbul etdiyi 27 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin qərarla təyin olunmuş 2.500,00 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, o, Azərbaycan Respublikası qanunvericiliyi əsasında (VÖEN:**********) fəaliyyət göstərən fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən onun adına MN ******* saylı xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Protokolda qeyd olunub ki, xx.xx.2022-ci il tarixində saat 19:30-da “Süitan” şadlıq sarayında aparılan manitorinq zamanı şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Qərar 27 iyul 2022-ci il tarixdə çıxarılsa da, surəti ona göndərilməmişdir. O, qərarı surətini xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən almış və bu barədə məktuba da qəbul etdi yazmışdır. Ona görə də qərardan qanunla müəyyən olunmuş şikayət vermə müddətini (10 gün) ötürməmişdir. Protokolda qeyd olunanlar tamamilə yalan və əsassızdır. Çünki şadlıq evinə hava təmizləyici hidrofilterlər və aksesuarları qurlaşdırılmışdır. Mütəmadi olaraq həmin hava təmizləyici hidrofilterlər və aksesuarlar təmizlənmişdir. xx.xx.2022-ci il tarixdə də təmizlik işləri aparılmışdır. Belə olan halda şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq ola bilməzdir. Cavabdeh orqan qərəzli şəkildə barəsində protokol tərtib edib və həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla o İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə olunmuşam. İXM-nin 233.1-ci maddəsinin tələbini pozmamışdır. Yuxarıda qeyd olunduğu kimi şadlıq evinə hava təmizləyici hidrofilterlər və aksesuarları quraşdırılıb, mütəmadi olaraq həmin hava təmizləyici hidrofilterlər və aksesuarlar təmizlənir və xx.xx.2022-ci il tarixdə də təmizlik işləri aparılıb. Qərar tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə protokolda göstərilməmişdir. Həmçinin onun iştirakı təmin edilməmişdir. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə bizə heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib edilərkən, İXM-nin tələbləri kobud şəkildə pozularaq onların hüquq və vəzifələrimiz izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Həmçinin hal-hazırki dövrədək şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərmişdir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 31 avqust 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsindəki MN ******* №li, 09 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bldirərək izahatında göstərdi ki, 17 iyul 2022-ci il tarixdə saat 19:30-da “Sultan”şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı norma həddindən artıq olmuşdur. Qeyd olunanların nəzərə alınmaqla şikayətin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttiş X2 İXM-nin 233.1-ci maddəsi ilə tərtib etdiyi MN № ******* saylı, 19 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 17 iyul 2022-ci il tarixdə saat 19:30-da “Sultan”şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı norma həddindən artıq olmuşdur. Bununla bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Fərid Piriyev inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 27 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə X5 İXM-nin 233.1-ci maddəsinə əsasən 2.500,00 manat cərimə olunmuşdur. İş materialında olan 01 iyul 2022-ci il tarixli obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsi və görülmüş işlər barəsində aktdan görünür ki, icraçı "xxxx" MMC tərəfindən “Sultan” şadlıq evində manqal və onun tüstü bacasına qurlaşdırılmış hava təmizləyici və hisli boğazın qurğunun, həmçinin onun ehtiyyat hissələrinin və baca sisteminin texniki servisi aparılmış və təmizlənmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X3 İXM-nin 233.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X5 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, 07 iyul 2022-ci il tarixdə saat 19:30-da “Sultan”şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı norma həddindən artıq olması qeyd olunsa da, iş materialına əlavə olunmuş atmosfer havasını hansı cihazla ölçülməsi və ölçülmüş cihaz vasitəsi ilə tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı foto şəkillərdə göstərilməmişdir. Bundan baqşa "xxxx" MMC tərəfindən 01 iyul 2022-ci il tarixldə “Sultan” şadlıq evində manqal və onun tüstü bacasına qurlaşdırılmış hava təmizləyici və hisli boğazın qurğunun, həmçinin onun ehtiyyat hissələrinin və baca sisteminin texniki servisi aparılaraq təmizlənmişdir. Qısa müddət keçdikdən sonra şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarının norma həddindən artıq olması şübhə doğurur. Beləliklə, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş qərar ləğv olunmalı və inzibati xəta haqqında işə yenidən baxılmalıdır. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul olunmuş 27 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttiş X2 tərtib etdiyi MN № ******* saylı, 19 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul edilmiş 27 iyul 2022 il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttiş X2 tərtib etdiyi MN № ******* saylı, 19 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə yenidən baxılması üçün materiallar 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar