Məhkəmə qərarları › İş №3(060)-2167/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2167/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2167/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X1, Qərardan şıkayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:34 radələrində İXP ******* nömrəli protokolla barəsində VAZ 21063 minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sülh küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfindən pozulmamışdır. Ona görə də, o bu qərarı həqiqətə uyğun olmayan ədalətsiz sənəd hesab edərək heç bir yerə imza etməmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, həmin qərardan narazıdır, onu qanunsuz, əsassız və ən başlıcası ədalətsiz hesab edir. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində VAZ 21063 markalı, **-ED-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin sürücüsü svetaforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həmin avtomaşın onun tərəfindən saxlanılmış, özünü təqdim etmiş və sürücüyə qayda pozuntusu izah edilmişdir. Sonra sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan şıkayət vermiş şəxs X2 şikayətinin təmin olunmamasını və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X2 idarə etdiyi VAZ 21063 markalı, **-ED-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə svetaforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş qayda pozuntusunu özündə əks etdirən videogörünrüdə qərardan şikayət vermiş şəxs X2 idarə etdiyi VAZ 21063 markalı, **-ED-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə svetaforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həmçinin izibati xəta haqqında materiallarda X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar