Məhkəmə qərarları › İş №3(060)-2167/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2167/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2167/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №-li, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində keçmiş həyat yoldaşı Şəxs **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə daş zərbəsi ilə 600 manat ziyan vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş protokol tərtib etmiş şəxs bildirmişdir ki, material təhqiqatdan daxil olmuş, təhqiqat tərəfindən araşdırma aparılmış, o da həmin material əsasında protokol tərtib etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həmin gün bazar günü idi. Qarşı tərəf uşaqla görüş adı ilə onun yaşadığı ünvana gəlmiş, qapını açdıqda nalayiq ifadələr işlətmişdir. Həmin vaxt telefonu divanın yanında olmuş, Orxan onun telefonunu götürərək getmiş, o, qonşusu vasitəsilə Orxana zəng edərək telefonu geri gətirməsini, gətirməsə onun üçün problemlər olacağını demiş, Orxan ona telefonun onda olmadığını, əgər ondadırsa sübut etməsini bildirmişdir. O, avtomobilin qabaq tərəfdə olan şüşəsilənlərini çıxarmışdır. Məbləğ həddindən artıq şişirdilmişdir, dəymiş ziyan 20-30 manatdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X2 bildirmişdir ki, bazar günü saat 10:00-15:00 arası uşağı götürmüşdür, daha sonra uşağın oyuncağını qaytarmaq məqsədilə yenidən qayıtmışdır. 20 dəqiqə sonra xanım ona zəng etmişdir ki, telefonumu oğurlamısan. Arifə onun avtomobilinin yan güzgülərinə, arxa stopa ziyan vurmuş, təxminən 700 manat məbləğində ziyan dəymişdir, 2 aydır ki, avtomobil yararsız vəziyyətdə qalmış, taksi fəaliyyəti ilə də məşğul ola bilmir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən 20 iyun 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti həmin fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin (əmlakı qəsdən məhv etmə və ya zədələmə) tərkibi olduğundan, inzibai xəta törətmiş Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 19, otaq 1 ünvanında yaşayan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-ə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə qeyd edir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yaranır. Həmin maddənin sanksiyasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edildiyinə və iş materiallarında vurulmuş ziyanın məbləği dəqiq müəyyən edilmədiyinə görə protokol və ona əlavə edilmiş materiallar natamam hesab edilməlidir. Başqa sözlə zərərçəkmiş şəxsin bildirməsinə görə zərər müəyyən edilə bilməz, bununun üçün ekspert və ya mütəxəssis rəyinin alınması yaxud müqayisəli şəkildə təhlil edilməsini mümkün edən istinad (internet üzərindən satış, bölmə, mağaza və s.) göstərilməlidr. Yəni şəxsin əməlində inzibati xətanın tərkibi olduğu halda vurulmuş zərərin məbləğinə uyğun olaraq cərimə edildiyindən, zərərin dəyəri mütləq olaraq dəqiq müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar