Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2168/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs - X3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 24.06.2021ci il tarixdə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. X3 şikayət ərizəsindən görünür ki, X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi X15 onun 21 may 2021-ci il tarixdə ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsini pozduğunu əsas gətirərək onun barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Sözü edilən qərara görə tərəfindən Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbini pozulmuş, işçiyə düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı sonuncu iş günü ödənilməmişdir. Bu səbəblə AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin 02 iyun 2021ci il tarixli MN seriyalı ******* saylı qərarı tamami ilə qanunsuz və əsassızdır. O, hər hansı bir inzibati qayda pozuntusu törətməmişdir və X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi X8 qərarda yazdıqları tamamilə onun qeyri-obyektiv mülahizələridir. Sözü edilən işçi 14.06.2020-ci il tarixdə işdən ayrılmışdır. Ancaq ona ödəniş 22.06.2020-ci il tarixdə olmuşdur. İşçiyə edilən ödəniş şəxsi hesabından deyil, 1 saylı Ərazi Hesablama Mərkəzinin hesabından ödənildiyi üçün işçinin işdən çıxma tarixi ilə pulun ödənilməsi tarixi arasında fərq yaranmışdır. Vəsaitləri dövlət büdcəsi hesabına formalaşdığından və hesablarına pul 22.06.2020-ci il tarixdə daxil olduğu üçün elə həmin gün də işçiyə düşən bütün ödənişlər tam məbləğdə ödənilmişdir. Yəni işçiyə ödəniləcək məbləğin gec ödənilməsində onun hər hansı təqsiri olmamışdır. 13.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində qeyd olunanları müdafiə edərək X3 şikayətinin təmin edilməsini və 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X16 izahatında göstərdi ki, X5 barəsində 21 may 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, X6 əmək müqaviləsinə xitam verilərkən onun tərəfindən Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulmuş, işçiyə düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı sonuncu iş günü ödənilməmişdir. X7 09 ay, yəni bir təhsil ili işlədiyi məlum olduğu halda ona 08 aya görə ödənişlər edilmişdir. Hazırda da ödənişlər tamamlanmamışdır. Qeyd olunan inzibati xəta davam edən inzibati xətadır. Buna görə də 02 iyun 2021-ci il tarixdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki işçi X12 ilə əmək müqaviləsinə 14.06.2020-ci il tarixdə xitam verilmişdir. Ancaq ona ödəniş 22.06.2020-ci il tarixdə olmuşdur. Əmək qanunvericiliyinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İXM-nin tələbinə əsaəsn qeyd olunan nöqsan inzibati xəta hesab olunur. Həmçinin bildirdi ki, əmək haqlarının hesablanması Təhsil Nazirliyi tərəfindən təbiq olunan mərkəzləşdirilmiş 1C proqram təminatı vasitəsi ilə həyata keçirilir və proqramla işləyən mühasiblərin hesablamalara hər hansı bir kənar müdaxiləsi praktik olaraq mümkün deyildir. Həmçinin bildirdi ki, Rzazadə Nuranə ərizə ilə 28.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinə müraciət edərək araşdırma aparılmasını xahiş etmişdir. Araşdırma aparıldığına görə protokol gec tərtib olunmuşdur. Odur ki, 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını Məhkəmədən xahiş edir. Məhkəmə inzibati iş üzrə bütün materialları tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv olunması üçün hər hansı hüquqi əsas yoxdur. Belə ki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görəvəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 ilə 16.09.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış və 14.06.2020-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan ödənişin hesablanması barədə çıxarışdan (T-61 nömrəli formanın dövriyyə tərəfi) görünür ki, X12 09 ay tam işləməsinə baxmayaraq ona 08 ay üzrə ödəniş edilmişdir. Həmçinin hazırda da həmin ödənişlər tam edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarına əalvə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinə ünvanlanmış 16 aprel 2021-ci il tarixli məktubdan görünür ki, əmək haqlarının hesablanması Təhsil Nazirliyi tərəfindən təbiq olunan mərkəzləşdirilmiş 1C proqram təminatı vasitəsi ilə həyata keçirilir və proqramla işləyən mühasiblərin hesablamalara hər hansı bir kənar müdaxiləsi praktik olaraq mümkün deyildir. Odur ki, rzayeva Nuranə Ayaz qızına işlədiyi müddət üçün hesablanmış olan 267,88 manat son haqq-hesab üzrə ödəniş məktəb direktoru tərəfindən təqdim edilmiş sənədlərə əsasən tamamilə proqram təminatı tərəfindən icra olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X13 oğlunun barəsində tərtib olunmuş 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X13 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X13 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan X13 oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. X13 oğlunun barəsində tərtib olunmuş 02 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2168/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2168/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver