Məhkəmə qərarları › İş №3(060)-217/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-217/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-217/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər üzrə işin baxılmağa hazırlanması məsələsinə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin sahə rəisi, polis mayoru X5 tərəfindən 23 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində və Sumqayıt şəhər 1-ci PB-də ünvansız nalayiq küçə söyüşləri söyüb xırda xuliqanlıq hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 23 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən protokolun tərtib edilməsinə səbəb xx.xx.2023-cü il tarixdə saat 23:54-də ünvan 2 ünvanında yaşayan X1 DİN-in 102 xidmətinə zəng vuraraq bir nəfər şəxsin onun işlətdiyi kafeyə gələrək sərxoş vəziyyətdə orada münaqişə yaratması barədə məlumat olmuşdur. Əməliyyat qrupunun üzvləri əməliyyat müvəkkili Mehman Hüseynov və sahə rəisi Söhrab Zeynalovla hadisə yerinə getdikdə orada narahatçılıq yaradan vətəndaş Şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxs sərxoş vəziyyətdə küçədə yoldan keçən şəxsləri təhqir etdiyindən onu dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq qəsdən polisin qanuni tələbini pozaraq tabesizlik göstərmiş və əl qol hərəkətləri atmaq istədikdə, onu avtopatrula əyləşdirən zaman isə nalayiq ifadələr işlədərək kobud söyüşlər söyməyə başlamışdır. İXM-nin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. İşdə olan xidməti vəsiqənin surətindən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Ağayev X3 Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin kiçik çavuşu olmaqla hərbi qulluqçudur. Buna görə də məhkəmə daxil olmuş materialın aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsindəki inzibati xəta haqqında MN № ******* protokola dair 3(060)- 217/2023 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar