Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-217/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ali təhsilli, subay, “Unibank KB” Asc-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə 12 yanvar 2024-cü il tarixli İXP5957468 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştriak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs qadağan olunmuş nişanın tələblərini pozduğu üçün saxlanılmışdır. Saxlanılan zaman ondan spirtli içki qoxusu gəldiyi üçün idarəyə gətirilərək alkotester vasitəsilə müayinə edilmişdir. Nəticədə onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Saxlanılan zaman Şəxs özü də spirtli içki, yəni pivə qəbul etdiyini etiraf etmiş, həkim müayinəsinə ehtiyac olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “stop” yol nişanının tələblərinə əməl etməməsi əsası yol polisi əməkdaşları tərəfindən saxlanılmış, avtomobildə o və dostu olmuşdur. Polis əməkdaşı ona “sən nə qəbul etmisən?” sualını vermiş, o da heç nə qəbul etmədiyini, yalnız “Bizon” və “Baltika 0” içkilərini qəbul etdiyini demişdir. Saxlanıldığı vaxt az miqdarda içki qəbul etdiyi üçün həkimə getməyə ehtiayac olmadığını bildirmişdir. Sonra o, X6 idarəsinə gətirilmiş, orada onu bir müddət gözlətmişlər, daha sonra isə alkotester vasitəsilə müayinə olunmuşdur. Müayinə olan vaxt müayinənin nəticələrini ona verməmişlər. Oradan çıxıb öz təşəbbüsü ilə həkim müayinəsindən keçmiş və nəticədə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında bildirmişdir ki, Şəxs saxlayan zaman o da xidmətdə olmuş, Şəxs spirtli içki qoxusu gəlmişdir, sonuncu həkimə getməyə ehtiyacın olmamasını bildirərək işi yerində həll etməyi təklif etmişdir. Sürücü həkimə geməyə etiyacın olmadığını bildirdiyi üçün idarəyə gətirilərək alkotester vasitəsilə yoxlanılmış, nəticədə spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Şəxs özü də az miqdarda spirtli içki qəbul etdiyini etiraf etmişdir. Etirafa dair səs yazısı da mövcuddur. Həmin səs yazısını məhkəməyə təqdim edə bilərlər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və şahidin izahatları, YPX inspektoru tərəfindən təqdim edilmiş video-görüntülü səs yazıları və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 yanvar 2024-cü il tarixli İXP6957468 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat “KİA CEED” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış və saxlanılan zaman sərxoş olması müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:28 radələrində keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,973% (promilli) olmuşdur; Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 138 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə saat 00:15-də müayinə olunan Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir; YPX inspektoru tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan video və səs yazılarına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər YPX avtomobilində qeydə alınmışdır. Görüntlülərdə həmçinin səs yazıları mövcuddur. Səs yazılarına əsasən müəyyən edilir ki, YPX inspektoru ilə sürücü arasında aşağıdakı kimi dialoq olmuşdur; - sürücü: gedirik indi? burda yerində söhbət etsək olmaz? - YPX inspektoru: nə söhbət edək səninlə? - sürücü: burda həll edək də getməyək. - YPX inspektoru: nə eliyim qaqa? Nə qəbul etmisən? - sürücü: demirəm bir dənə bizon, bir dənə də pivə, özümüz həll edə bilmərik ki? - YPX inspektoru: bəs pivə içib niyə maşın sürürsən qaqa? - sürücü: demirəm elə bura həyətə girirdim də, ev burdadı. - YPX inspektoru: həyətə girirəm deyəndə içib maşın süməlisən? - sürücü: elə bir içki içməmişəm axı, baxanda bilinir də. - YPX inspektoru: nə dəxli var, içki içkidi, gərək yıxıla-yıxıla gedəsən? Gedəsən hadisə eliyəsən? Beləliklə, məhkəmə hesab edir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasitənin nəticələri hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, sürücü Şəxs saxlanılan zaman içki qəbul etdiyini özü də etiraf etmiş, həmçinin həkim müayinəsinə ehtiyac olmamasını bildirmişdir. Bu səbəbdən də xüsusi texniki vasitə ilə müayinə edilmişdir. Sürücü Şəxs budan sonra öz təşəbbüsü ilə həkim müayinəsinə getmiş və müvafiq akt almışdır. Alkotestr müayinəsinin vaxtı ilə həkim müayinə aktının verilmə vaxtına kimi isə 1 saat 47 dəqiqə vaxt keçmişdir (Alkotestr müayinəsinin vaxtı 22:28, həkim müayinə aktının verilmə vaxtı 00:15). Göründüyü kimi müayinə vaxtları arasında kifayət qədər vaxt olmuş, həmçinin saxlanılan zaman içki qəbul etməsini sürücü Şəxs özü də etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 138 saylı, xx.xx.2024-cü il tarixli protokolun müayinə müddətini və digər sənədlərlə ziddiyyət təşkil etdiyini nəzərə alaraq həmin sənədi Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün tutarlı əsas saymır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə izahatlarını şəxsin hüququ kimi qəbul edir və həmin izahatlara tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-217/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-217/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver