Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2170/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 15 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə ölkədən xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 28 iyul 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Msrkəzl Bankı "xxxx" MMC barəsində xx.xx.2022-ci ii tarixli, EP № ******* saylı inzibati xata haqqında protokol tərtib etmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmədir. İnzibati protokol "xxxx" MMC tərəfindən xx.xx.2020-cl il tarixdə 50000.00 (əlli min) ABŞ dolları məbləğində pulun xaricə köçürülməsi, lakin 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi, valyuta vəsaitinin 2 il ərzində geri qaytarmaması ilə əlaqədar tərtib edilmişdir. "xxxx" MMC ilə Hindistanın rezidenti "DURGA MARBLE AND MİNERALS" arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə tikinti üçün qranit daşları və mərmərlərin idxalı ilə bağlı olmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci iİ tarixli, **********8587 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********2729 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********4311 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********8774 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********6463 sorğu saylı Gömrük Bəyannaməsi ilə 18000 (on səkkiz min) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********0800 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********4350 sorğu saylı Gömrük Bəyannaməsi ilə 9000 (doqquz min) ABŞ dolları və xx.xx.2020-ci iİ tarixli, **********4316 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, ümumilikdə 54000.00 (əlli dörd min) ABŞ dolları məbləğində mallar ölkəyə idxal olunmuşdur. Bundan əlavə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə gömrük bəyannamələri "xxxx" MMC-nin əməkdaşı tərəfindən əməkdaşlıq etdikləri "xxxx" QSCyə göndərilsə də, "xxxx" QSC tərəfindən Mərkəzi Banka məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cl maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati protokolunu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********8587 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında xx.xx.2020-ci iİ tarixli, **********2729 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********4311 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********8774 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********6463 sorğu saylı Gömrük Bəyannaməsi ilə 18000 (on səkkiz min) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********0800 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********4350 sorğu saylı Gömrük Bəyannaməsi ilə 9000 (doqquz min) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********4316 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli çıxarışların surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən gömrük bəyannamələri "xxxx" QSC-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci iİ tarixli, **********8587 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********2729 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********4311 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********8774 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********6463 sorğu saylı Gömrük Bəyannaməsi ilə 18000 (on səkkiz min) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********0800 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********4350 sorğu saylı Gömrük Bəyannaməsi ilə 9000 (doqquz min) ABŞ dolları və xx.xx.2020-ci iİ tarixli, **********4316 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, ümumilikdə 54000.00 (əlli dörd min) ABŞ dolları məbləğində mallar ölkəyə idxal olunmuşdur. Hazırda Şəxs MMC tərəfindən ödənilmiş pul vəsaiti dəyərində mallar ölkəyə idxal olunduğundan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 15 avqust 2022-ci il tarixli, EP № 00343221 saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 15 avqust 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2170/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2170/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver