Məhkəmə qərarları › İş №3(060)-2171/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2171/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2171/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə inspektoru polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində ünvansız nalayiq küçə söyüşləri söyüb hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci Polis bölməsinin sahə inspektoru polis kapitanı X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində ünvansız nalayiq küçə söyüşləri söyüb hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir. Bu faktla bağlı inzibati qaydada araşdırılma aparılmış, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması müəyyən edildiyindən, o, sonuncunun barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024cü il tarixli protokolu tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, həmin vaxt əsəbi olduğu üçün söyüş söymüş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırda etdiyi əməli etiraf edir. O hərəkətlərindən peşmandır. Vəkil qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, saat 11 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində bir nəfər şəxsin ucadan küçə söyüşləri söydüyünü eşitmiş, ona yaxınlaşaraq polis bölməsinə dəvət etsələr də, şəxs onların tələbinə tabe olmamışdır. Əksinə hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, saat 11 radələrində Sumqayıt şəhəri, Daş bazarı ərazisində bir nəfər şəxsin küçə söyüşləri söydüyünü görmüş, digər polis əməkdaşı ilə ona yaxınlaşmış və nizam-intizama dəvət etmişdirlər. Lakin o, hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən onu polis bölməsinə dəvət etmişlər, lakin o onların qanuni tələbinlərinə də tabe olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri protokol tərtib edən şəxsin izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis bölməsinin sahə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli protokol, özünün etirafı, şahidlərin ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə görə inzibati tənbeh tətbiq edilərkən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, xətanın ictimai yerdə törədildiyini, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar