Məhkəmə qərarları › İş №3(060)-2172/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2172/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2172/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X4, X2 və X3, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X5 və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi R.Hüseynovun iştirakları ilə, Şəxs. xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri 4-cü mikrorayon, ev 27A/4, mənzil 7də qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində 21.06.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı 1118641- 1516 saylı protokol ona görə tərtib olunmuşdur ki, o, 03.06.2021-ci il tarixdən 04.06.2021ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 30-cu məhəllə ev 27/7 saylı binanın dəhliz hissəsində quraşdırılmış sayğaclara gedən 4+10 tipli təxminən 5-6 metr buzunluğunda kabeli kəsib oğurlamışdır. Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 1-ci PB-dən 24.06.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 14.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “Vaz-2107” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındıraraq avtomobilin içərisində olan 1 (bir) ədən maqnitafonu oğurlamışdır. Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 1-ci PB-dən 24.06.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 14.06.2021-ci il tarixdə, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “Vaz-21015” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındıraraq avtomobilin içərisində olan 1 (bir) ədən “Pioner” markalı maqnitafonu oğurlamışdır. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 21.06.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı 1118641-1516 №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 24.06.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 24.06.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2176/2021, 3(060)-2172/2021 və 3(060)-2173/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-2176/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 21.06.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı 1118641-1516 №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 24.06.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 24.06.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 2176/2021, 3(060)-2172/2021 və 3(060)-2173/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)- 2176/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar