Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2177/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisləri, polis leytenantı X7, polis kapitanı X2, polis leytenantı X3 və polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, işləməyən, subay, orta təhsilli, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünavanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 49-cu məhəllə, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li və 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə “Real tibb mərkəzi”nə məxsus dəyəri 20 manat olan havalandırma sisteminin mis naqillərini, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda Habil Xanlarova məxsus evin pəncərəsindən daxil olaraq 30-40 metr elektrik naqili və pardaqlama maşınını (laqonda), bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən avtomobil təmir yerindən 90,00 manat dəyərində elektrik naqili və digər əşyaları oğurlamışdır, bundan bşaqa xx.xx.2022-ci il tarixdə İlahə Məhərrəmovanın sosial şəbəkədə tanış olduğu və ona kredit düzəldəcəyi adıyla 45-ci məhəllə ərazisində e-Manat terminal vastəsiylə 90,00 manat pul göndərmiş nəticədə ona qarşı dələduzluq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2177/2022, 3(060)-2178/2022, 3(060)-2179/2022 və 3(060)-2180/2022 №li işlər bir icraatda 3(060)-2177/2022 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi X12 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi X8 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi X10 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, müxtəlif vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdə “Real tibb mərkəzi”nə məxsus havalandırma sisteminin mis naqillərini, daha sonra xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda adını sonradan bildiyi Habil Xanlarova məxsus evin pəncərəsindən daxil olaraq 30-40 metr elektrik naqili və pardaqlama maşınını (laqonda), daha sonra xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən avtomobil təmir yerindən elektrik naqili və digər əşyaları oğurlamış, daha sonra xx.xx.2022-ci il tarixdə İlahə Məhərrəmovanın sosial şəbəkədə tanış olmuş və ona kredit düzəldəcəyi adıyla e-Manat terminal vastəsiylə 90,00 manat pul göndərmiş və ona vəd vermiş olduğu işlə təmin etməmişdir. Ümumilikdə oğurlayaraq əldə etdiyi pulları xərcləmiş və digər əşyaları da müxtəlif vaxtlarda satmış, həmin pulları da öz ehtiyacı üçün xərcləmişdir. Hazırda vurmuş olduğu ziyanları ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməllərdən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş materialına əlavə edilmiş zərərçəkmiş şəxs Fəttah Alpaşayev ərizəsində qeyd etmişdir ki, sexində olan oğurluqla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. Səhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı oladan baxılmasını xahiş etmiş və qeyd etmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir. İş materialına əlavə edilmiş zərərçəkmiş şəxs Habil Xanlarov ərizəsində qeyd etmişdir ki, gece saatlarında yaşadığı evin mətbəxindən 2 top elektrik naqilləri, işlənmiş pardaqlama maşını (laqonda) oğurlanması ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. Səhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı oladan baxılmasını xahiş etmiş və qeyd etmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir. İş materialına əlavə edilmiş zərərçəkmiş şəxs X6 ərizəsində qeyd etmişdir ki, “Real tibb mərkəzi”nə məxsus havalandırma sisteminin mis naqilləri oğurlanması ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. İşi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı oladan baxılmasını xahiş etmiş və qeyd etmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir. İş materialına əlavə edilmiş zərərçəkmiş şəxs X6 ərizəsində qeyd etmişdir ki, “Real tibb mərkəzi”nə məxsus havalandırma sisteminin mis naqilləri oğurlanması ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. İşi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı oladan baxılmasını xahiş etmiş və qeyd etmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir. İş materialına əlavə edilmiş zərərçəkmiş şəxs İlahə Məhərrəmova ərizəsində qeyd etmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət edərək qeyd etmişdir ki, ona qarşı 90,00 manat miqdarında dələduzluq edilmişdir. Ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı oladan baxılmasını xahiş etmiş və qeyd etmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla o, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 22 avqust 2022-ci il saat 17:40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Zərərçəkmiş şəxslərə onlara vurulan ziyanla bağlı Şəxs qarşı mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2177/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2177/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver