Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2178/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisləri, polis leytenantı X5, polis kapitanı X2, polis leytenantı X3 və polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, işləməyən, subay, orta təhsilli, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünavanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 49-cu məhəllə, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li və 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə “Real tibb mərkəzi”nə məxsus dəyəri 20 manat olan havalandırma sisteminin mis naqillərini, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda Habil Xanlarova məxsus evin pəncərəsindən daxil olaraq 30-40 metr elektrik naqili və pardaqlama maşınını (laqonda), bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən avtomobil təmir yerindən 90,00 manat dəyərində elektrik naqili və digər əşyaları oğurlamışdır, bundan bşaqa xx.xx.2022-ci il tarixdə İlahə Məhərrəmovanın sosial şəbəkədə tanış olduğu və ona kredit düzəldəcəyi adıyla 45-ci məhəllə ərazisində e-Manat terminal vastəsiylə 90,00 manat pul göndərmiş nəticədə ona qarşı dələduzluq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2177/2022, 3(060)-2178/2022, 3(060)-2179/2022 və 3(060)-2180/2022 №li işlər bir icraatda 3(060)-2177/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2177/2022, 3(060)-2178/2022, 3(060)-2179/2022 və 3(060)-2180/2022 №li işlər bir icraatda 3(060)-2177/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2178/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2178/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver