Məhkəmə qərarları › İş №3(060)-2178/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2178/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2178/2024 11.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X1, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 11 avqust 2024-cü il tarixdə, saat 16 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, Bakı küçəsində idarə etdiyi “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Corolla” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və sürücü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı Niyaməddin Həsənov bildirdi ki, 11 avqust 2024-cü il tarixdə, saat 16 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, Bakı küçəsində idarə etdiyi “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Qanununun 42-ci maddəsinin 1-ci bəndini pozaraq, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Corolla” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və sürücü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışlar. Araşdırma nəticəsində Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən 24 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, material aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-ə göndərilmişdir. Tərəfindən Şəxs barəsində İXMnin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş bu səbəbdən sonuncu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək bildirdi ki, 11 avqust 2024-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində idarə etdiyi “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dönmə üçün xarici işıq siqnalını yandıraraq sola dönmə əməliyyatı həyata keçirərkən arxadan sürətlə gələn “Toyota Corolla” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sağından keçməli olduğu halda əks istiqamətə çıxaraq onun idarə etdiyi avtomobili qabaq sol hissəsindən vurmuş, çox sürətli gəldiyi üçün bir neçə dəfə sürüşmışdür. Həmin avtomobilin sərnişinləri yüngül bədən xəsarəti almışlar. Sumqayıt ŞPİ-nin TŞ-də araşdırma aparılmış və cinayət işinin başlanılması rədd olunaraq onun barəsində İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİnin DYPŞ-nə göndərilmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil, çünki o, dönmə əməliyyatını qanuna uyğun etdiyini bildirərək təqsirin digər avtomobilin sürücüsündə olduğunu bildirərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elsevər Quliyevin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. “MTE və PA Birliyi” X5 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1391 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazunun hərəkət məhdudluğu ilə müşayət olunmuş geniş ölçülü qançır-şişkinliyi. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır.müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 11.08.24-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “MTE və PA Birliyi” X5 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 1392 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ bazunun, sol saidin qançırları, həmçinin sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş həmçinin gözün ağlı qişasına qansızma, sol saidin sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 11.08.24-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir Şəxs təqsirli olmaması barədə verdiyi izahat məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır, özünü madafiə xarakterlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı Niyaməddin Həsənovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində tətbiq edilməli olan inzibati tənbehin növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar