Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2179/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1957-ci il Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Veysəlli kəndində qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində inzibati xəta haqqında 22.05.2021-ci il tarixli, AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 22.05.2021-ci il tarixdə saat 07:55 radələrində Qaz 3110 markalı, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini St.Sumqayıt yolunda təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sərxoş halda olduğu aşkarlanmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 məhkəmə iclasında izahatında göstərdi ki, vətəndaş Şəxs 22.05.2021-ci il tarixdə saat 07:55 radələrində Qaz 3110 markalı, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini St.Sumqayıt yolunda təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün spirtli içki qəbul etdiyi aşkar olunmuş, hətta bu barədə keçirilmiş həkim yoxlanışının 2929 saylı aktı da tərtib olunmuşdur. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, etibarnamə ilə ona məxsus olan Qaz 3110 markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobili 22.05.2021-ci il tarixdə St.Sumqayıt yolunda idarə edərkən yol polisi tərəfindən saxlanılmış, o, spirtli içki qəbul etməsə də YPX əməkdaşları onu həkim müayinəsinə dəvət etmişlər. Həkim tərəfindən müayinə edildikdən sonra həkim ona sərxoşluq vəziyyətinin olmadığını bildirmişdir. YPX əməkdaşı ona ağ kağız təqdim edərək orada iştirak etməsini təsdiq edən sənədə imza etməsini söyləmiş, daha sonra ona içkili olmadığını bildirərək onu yola salmışdır. Sonradan ona məlum olmuşdur ki, onun barəsində içkili olması barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də o, Bakı şəhərində yerləşən Narkoloji Dispanserə müraciət etmiş və onda sərxoşluq vəziyyəti aşkarlanmamışdır. Tərtib olunmuş protokoldan narazıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin məhkəmə iclasında verdiyi yuxarıdakı izahatına münasibət bildirmədi. İşin materiallarına əlavə olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 22 may 2021-ci il tarixli 2929 saylı aktdan görünür ki, Şəxs oğlu barəsində “alkoqol sərxoşluğu vəziyyəti vardır” rəyi verilmişdir (alkometr 0,32 promil). Həmçinin, iş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 22 may 2021-ci il tarixli 2/14153 saylı protokoldan görünür ki, Şəxs oğlu barəsində “Ayıqdır” tibbi rəyi verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2179/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2179/2021
06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver