Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2179/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Aslanov Cavid Əlislam oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21778769 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 Əlislam oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Əlislam oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21778769 saylı inzibati tənbeh vermə haqqında cərimə qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Aslanov Cavid Əlislam oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Aslanov Cavid Əlislam oğlu (bundan sonra şikayətçi adlandırılacaq) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM adlandırılacaq) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməkdə təqsirləndirilir. 15 iyun 2024-cü ildə onun barəsində EQ21778769 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilib. Qərara əsasən şikayətçi xx.xx.2024-cü il tarixdə "SKODA" markalı, **-AK-*** dövlət qreydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi-Azərbaycan prospektinin kəsişməsində üfiqi nişanlanma xəttinin tələbinə riayət etməyərək, sola hərəkət edib. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verib. Qərara əsasən şikayətçi 80 (səksən) manat cərimə məbləği ödəməlidir. Həmin məbləğ 30.4 manat dəbbə pulu əlavə edilməklə, ödəniləcək yekun məbləğ 110.4 manat təşkil edir. Şikayətçi həmin qərar barəsində inzibati xəta qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və vaxtda məlumatlandırılmayıb. Şikyayətçi xx.xx.2024-cü il tarixdə özünə məxsus mailto:javid.a.aslanov@gmail.comElektron ünvan emaili vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə şikayət ərizəsi ünvanlayıb. O, ərizəsində iddia edilən qayda pozuntusunun 5 gün sonra birbaşa qərarlı və ümumiyyətlə bu qayda pozuntusu haqqında heç bir bildiriş almadığı halda gecikmə ilə sistemə vurulduğunu, bu səbəbdən də həmin protokolun ləğv olunmasını aidyyəti şəxslərə tapşırıq verməyi xahiş edib. Bu müraciətə cavab verilmədiyi üçün şikayətçi 01 iyul və 22 iyul 2024-cü il tarixlərində Daxili İşlər Nazirliyinin 102 Xidmətinə şifahi şikayətlər edib (Müraciətin nömrəsi 3-13- 16/1-A-99510/112024). Həmin müraciətlər 09 iyul və 01 avqust 2024-cü il tarixlərində araşdırılmaq və müvafiq tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyevə göndərilib. xx.xx.2024-cü ildə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyevin imzası ilə şikayətçiyə müraciətində qaldırdığı məsələlərə hər hansı bir münasibət bildirmədən, inzibati xətaya yol verdiyi barədə məktub göndərilib. Həmin məktub və 15 iyun 2024-cü il tarixli EQ21778769 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarının surəti şikayətçiyə 21 avqust 2024-cü ildə email vasitəsi ilə çatıb. xx.xx.2024-cü il tarixdə şikayətçi cərimə qərarının ləğv edilməsi xahişi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Bundan sonra xx.xx.2024-cü tarixdə cərimə qərarının surəti şikayətçiyə poçt vasitəsi ilə göndərilib və xx.xx.2024 tarixində onun tərəfindən əldə edilib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılıb. Geri qaytarılmanın əsasları kimi şikayətin Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsi və müddətin bərpası barədə vəsatətin təqdim edilməməsi və şikayət ərizəsində qərarın tarixinin xx.xx.2024 deyil, xx.xx.2024-cü il tarix göstərilməsi ilə əsaslandırılıb. Bu qərarı şikayətçi xx.xx.2024-cü ildə məhkəmədən qəbzə imza ataraq əldə edib. Şikayətçi göstərilənləri nəzərə alaraq şikayətin yenilənmiş versiyasını təqdim edir. Şikayətçi hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar həm işin faktiki halları baxımından, həm də prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməlidir. Şikayətçi barəsində tərtib edilmiş 15 iyun 2024-cü il tarixli EQ21778769 saylı protokol (sastus qərarlı) elektron kabinetə iddia edilən qayda pozuntusundan 5 gün sonra - 15 iyun 2024cü ildə, saat 06:25:20-də yerləşdirilib. Şikayətçi barəsində 15 iyun 2024-cü il tarixində elektron kabinetə vurulan inzibati tənbeh vermə haqqında qərara inzibati xətanın törədildiyini təsdiq edən foto və video materiallar əlavə edilməyib. Başqa sözlə desək, Azərbnaycan Respublikası İXM-nin 38.6-cı maddəsinin tələbləri kobud şəkildə pozulub. Yuxarıda qeyd edilənləri əsas tutaraq 15 iyun 2024-cü il tarixli EQ21778769 saylı inzibati tənbeh vermə haqqında cərimə qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Aslanov Cavid Əlislam oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə qayda pozuntusu qeydə alınmış, xx.xx.2024-cü il tarixdə sistemə vurulmuş, cərimə olunmasını o vaxt bilmişdir. Həmin avtomobili on nəfər idarə edir, əgər dərhal xəbərdarlıq gəlsə idi, qaydanın kim tərəfindən pozulmasını bilərdilər. Hadisə 3-4 ay bundan əvvəl baş vermiş, kim tərəfindən törədilməsini xatırlamaq mümkün deyildir. DİN-nə etdiyi müraciətdən adekvat cavab gəlməmiş, bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmədən həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21778769 saylı qərara əsasən Aslanov Cavid Əlislam oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsin İş materiallarında olan “X4” MMC tərəfindən verilmiş 01 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, X4” MMC öz balansında olan dövlət nömrə nişanı olan 77AK469 “Skoda Rapid” markalı avtomobili idarə etməyi 10 şəxsə etibar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” Məhkəmə hesab edir ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21778769 saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, hadisə Səməd Vurğun-Azərbaycan prospektinin kəsişməsində xx.xx.2024-cü il tarixdə saat 09:41-də qeydə alınmış, lakin inzibati tənbeh vermə haqqında elektron qərar beş gün sonra, yəni xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Aslanov Cavid Əlislam oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 21778769 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Aslanov Cavid Əlislam oğlunun şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 21778769 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2179/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2179/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver