Məhkəmə qərarları › İş №3(060)-2180/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2180/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2180/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş X7 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyun 2023-cü il tarixli 1-O-71547 saylı nəqliyyat vasitələrinin müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətçisi olduğu “Moskviç” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşının 2011-ci ildən halhazıradək əməli istfadəsində olmadığı üçün həmin dövrdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək həmin cərimələrin aidiyyatı şəxslərə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən 10 iyun 2023-cü ildə 1-O-71547 saylı “Nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracaga yerləşdirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara görə “Moskviç-412” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İXMnin 96.1.1-ci maddəsinin tələbinə əsasən saxlanması, onu idarə edən fiziki şəxsin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırmaqla nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi müəyyən edilmişdir. Bildirmişdir ki, “Moskviç” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətində olsa da, o, həmin avtomaşını 2011-ci ildə baş etibarnamə əsasında 50 il müddətinə başqa bir şəxsə vermişdir. Həmin tarixdən sonra avtomaşın X4 (070 739-43-00), X3 (055 682-31-14) və X1 (055 283-31-14) etibarnamə əsasında həmin avtomaşını idarə edən şəxslər tərəfindən verilmişdir. Avtomaşını sonuncu idarə edən X2 yol hərəkəti qaydalarını pozduğuna görə 2021-2022-ci illərdə inzibati qaydada cərimələnmişdir, lakin sözügedən avtomaşının mülkiyyətçisi olduğuna görə həmin avtomaşına görə cərimələr ona ünvanlanmışdır. O, bu yaxınlarda sürücülük vəsiqəsini dəyişmək üçün ünvan 1 Xidmət Mərkəzinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, mülkiyyətçi olduğu “Moskviç” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə inzibati qaydada cərimə olunmuş və həmin avtomaşının saxlanması və rnühafizə duracağına yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən səbəbə görə ona sürücülük vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bir daha bildirmişdir ki, 2011-ci ildən sonra “Moskviç” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun istifadəsində olmamışdır. Qərar qəbul olunarkən AR İXM-in 96.1.1, 122.2 və 122.7-ci maddələrinin tələblərinə əməl olunmamışdır. X9 tərəfindən verilmiş şikayət 13 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X9 şikayətinə uyğun izahat verərək barəsindəki 10 iyun 2023cü il tarixli 1-O-71547 saylı nəqliyyat vasitələrinin müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X9 barəsində 10 iyun 2023-cü il tarixdə 1-O-71547 saylı nəqliyyat vasitələrinin müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərar qəbul edilərək “MOSKVİÇ” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İnzibati Xətalar Məcəlləsinin 96.1.1-ci maddəsinin tələbinə əsasən saxlanılmalı, onu idarə edən fiziki şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmaqla nəqliyyat vasitəsi müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməlidir. İXM-in 96.1.1-ci maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmaması fiziki şəxslərin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması üçün əsasdır. İXM-in 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. “MOSKVİÇ” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntusu törədilməsi halı üzrə foto və ya video qeydiyyat funsiyasına malik xüsusi texniki vasitənin Baş X12 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında nəqliyyat vasitəsinin mülkiyyətçisi vətəndaş X9 barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyun 2023-cü il tarixli 1-O-71547 saylı nəqliyyat vasitələrinin müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərarı qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X7 şikayəti təmin olunmamalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-in 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyun 2023-cü il tarixli 1-O-71547 saylı nəqliyyat vasitələrinin müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar