Məhkəmə qərarları › İş №3(060)-2180/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2180/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2180/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Sumqayıt ŞPİ DYPŞ-nin polis X1 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Əkbər Mikayılov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Əkbər Mikayılov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 15:03 radələrində idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Çerkasssi küçəsi ərazisində yolun Bakı şəhəri istiqamətinə hərəkət edərkən Sumqayıt Şəhər DYPŞ polis X1 tərəfindən guya inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində xx.xx.2025-ci il tarixli İXP7376255 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, TP7463925 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və inzibti xətanın törədilməsinə görə ona 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP7463925 nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd olunan tarix və saatda idarə etdiyi “Chevrolet Cruze” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yolun sol zolağı ilə hərəkət edərkən, ondan qarşıda hərəkətdə olan “X9” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolun hərəkət hissəsində hərəkət zolağını (öncə sağa) dəyişərkən düzgün manevr etməmiş və daha sonra sola — yolayrıcına - qəfil manevr etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Nəticədə, həmin avtomobilin sol (sürücü) qapısı onun avtomobilinin sağ ön hissəsinə (sağ krılo, sağ fara və buferin sağ tərəfi) toxunaraq zədələnməyə səbəb olmuşdur. Lakin buna baxmayaraq, yol polisi əməkdaşı qanunvericiliyin tələblərini pozaraq, həmin sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq etmək əvəzinə, yol hərəkəti qaydalarının pozulmasını təsdiqləyən tutarlı sübut (düzgün bucaqdan çəkilmiş video görüntü və ya digər dəqiq isbat vasitəsi) təqdim etmədən əsassız və qanunsuz olaraq onun barəsində inzibati cərimə tətbiq etmişdir. Bu səbəbdən hesab edir ki, barəsində inzibati xətaya görə tətbiq edilmiş qərar tamamilə əsassızdır, bu səbəbdən həmin qərar ləğv edilməli inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən Əkbər Mikayılov bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:03 radələrində idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Çerkasssi küçəsində yolun sol hərəkət zolağı ilə hərəkət edirdi. Ondan qarşıda hərəkətdə olan “X9” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə yol ayrıcına 10 metrdən çox məsafə qalmış sağa manevr edərək anidən onun qarşısını kəsərək digər hərəkət zolağına çıxmışdır. Beləliklə, həmin avtomobilin sol (sürücü) qapısı onun avtomobilinin sağ ön hissəsinə (sağ qanad, sağ fara və buferin sağ tərəfi) toxunaraq zədələnməyə səbəb olmuşdur. Bununla, Sumqayıt ŞPİ DYPŞ-nin polis X1 onun barəsində 327.1-ci maddə ilə inzibati xəta haqqında protokol, onun əsasında isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Həmçinin bildirmişdir ki, digər avtomobil sola dönmə işığını yandırmasını özünü haqlı olmasına gətirirərək əsaslandırır. Lakin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, sürücünün siqnal verməsi ona üstünlük vermir. Həmçinin, sürücünün siqnal verməsi onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Buna görə də məhkəmədən Sumqayıt ŞPİ X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Əkbər Mikayılov İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, **- FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sola manevr edir, “CHEVROLET CRUZE” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşur. Toqquşma hissələri: ** FG *** d.q.n-lı avtomobilin sürücü qapisi; 99 RL950 d.q.n-lı avtomobilin sağ ön qanad hissəsi. İş materiallarında olan X3 izahatından görünür ki, özünə məxsus olan “X9” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 15:03 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə Bədəlbəyli küçəsi istiqamətində sol zolaqla hərəkət etdiyi zaman Yaşıldərə massivinə dönmə yerinə çatarkən sola dönmə işarəsindən istifadə edərək dönərkən arxadan gələn “CHEVROLET CRUZE” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun sol qapısından vuraraq əzmişdir. İş materiallarında olan X2 izahatından görünür ki, özünə məxsus olan “CHEVROLET CRUZE” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 15:03 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə Bədəlbəyli küçəsi istiqamətində sol hərəkət zolağında düzünə hərəkət edən zaman **-FG- *** dövlət qeydiyyat nişanlı avtomobil yolun ikinci hərəkət zolağından sola ani dönmə zamanı onun sürücü qapısı ilə mənim avtomobilimin sağ hissəsi əzilmişdir. Qeyd edir ki, ondan sağ qarşıda hərəkətdə olan “X9” markalı avtomobilin dönmə işığını görüb. Hadisə zamanı sürət həddi 40-50 km/saat olub. İş materiallarına əlavə edilmiş CD diskdəki görünütülərdən məlum olur ki, hadisə zamanı X11 markalı avtomobil öndə hərəkət edir. Ondan arxada hərəkətdə olan Chevrolet markalı avtomobil yolun sol çiyni ilə hərəkətdədir. Toyota markalı avtomobil sola manevr edir və arxadan gələn Chevrolet markalı avtomobil ilə toqquşma baş verir. Azərbaycan Respublikası İXM-nin 327.1-cü maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, videogörüntülərdən məlum olur ki, X9 markalı avtomobil sola manevr etməzdən əvvəl hərəkət zolağının ən sağ kənarına istiqamətlənir, lakin 2-ci zolağa daxil olmur. Məhkəmə qeyd edir ki, “Toyota Corolla” markalı avtomobilin sürücüsünün hərəkət zolağının daxilində ilkin olaraq sağa manevr edərək sol istiqamətdə yol ayrıcına daxil olması hər hansı yol-hərəkəti qaydası pozuntusu deyil. “X9” markalı avtomobilin sürücüsü sola dönmə siqnalını verdiyi və manevrə başladığı üçün “Chevrolet Cruze” markalı avtomobil sürücüsü (şikayətçi) onu sağdan ötməli idi. Bununla da, şikayətçi X12 hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 51-ci maddəsinin tələblərini pozmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 51-ci maddəsinin 1-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; Həmin Qanunun 51-ci maddəsinin 2-ci hissəsinə əssən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin, sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Bu səbəbdən Əkbər Mikayılovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsidə qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Sumqayıt ŞPİ DYPŞ-nin polis X1 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar