Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2181/2025 15.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərarından şikayət verilən Sumqayıt DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X2, Qərardan şikayət vermiş şəxs Abdullasoy Sübhan Natiq oğlunun iştirakı ilə, Abdullasoy Sübhan Natiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərarından Abdullasoy Sübhan Natiq oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Abdullasoy Sübhan Natiq oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, TP ******* saylı, xx.xx.2025- ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat 3 bal məbləğində cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə (İş N23(060)-1344/2025) ləğv edib yenidən baxılmağa göndərdiyi iş üzrə xx.xx.2025-ci ildə yenidən baxılaraq barəsində tənbeh vermə haqqında qərar verilmişdir. Təəsüflər olsun ki, Sumqayıt şəhər Yol Polisində işə sadəcə formal şəkildə yenidən baxılmış, heç bir yeni dəlillər təqdim edilməmiş, araşdırılmamış və onların əsasında əsaslı yenidən baxış həyata keçirilməmişdir. Bütün bunlarla yanaşı məhkəmə qərarının ciddiyətinə də diqqət ayrılmamışdır. Məhkəmədə görüntü qarşı tərəfdən çəkildiyi üçün yolayrıcını keçmə qaydaları pozmasının müəyyən edilməsi mümkün olmamışdır qərarı verilməsinə baxmayaraq orada məhkəmənin nəzərdə tutduğu araşdırılma aparılmamışdır. TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Abdullasoy Sübhan Natiq oğlu bildirdi ki, xx.xx.2025-ci il tarixdə barəsində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu qərarı məhkəmədə mübahisələndirmiş və məhkəmənin müfaviq qərarı ilə qərar ləğv edilərək inzibati xətanın törədilib-törədilməməsinin müəyyən etmək üçün yenidən araşdırmaya göndərilmişdir. O, 7- 8 dəfə Yol Polis Şöbəsinə getmiş, eyni videoya baxılaraq əlavə araşdırma aparılmadan eyni qərar qəbul edilmiş və “get cəriməni ödə” ona bildirilmişdir. Sözügedən hadisə yerinə başqa baxışbucağından baxılsa onun avtomobili yolun hərəkət istiqamətinə girmədən gözlədiyini, Toyota Camry markalı avtomobilin ona yol verməsindən sonra hərəkət etdiyi müəyyən ediləcəkdir. Hesab edir ki, o heç bir qayda pozuntusu etməmişdir. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini xahiş edir. Qərarından şikayət verilən Sumqayıt DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X3 bildirdi ki, Yol hərəkəti haqqında qanunun 76-cı maddəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Sürücü qeyd edilən qanunun tələblərini pozmuş və qarşıdan gələn avtomobilə yol verməmişdir. Belə ki, bu fakt iş materiallarına əlavə edilmiş görüntüdən də öz təsdiqini tapır. BMW X5 markalı avtomobil Mercedes markalı avtomobilə yol verməmişdir. Qərarı tam əsaslıdır. Bu səbəbdən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abdullasoy Sübhan Natiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 76-cı maddəsinin İ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə “BMW X5 X7 minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abdullasoy Sübhan Natiq oğlu, yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş hadisəni özündə əks etdirən görüntülərin olduğunu diskə baxış keçirilən zaman Abdullasoy Sübhan Natiq oğlu tərəfindən inzibati xətanı törətməsini bir daha öz təsdiq etmişdir. Məhkəmə Abdullasoy Sübhan Natiq oğlunun təqsirini etiraf etməməsi, inzibati xətanın onun tərəfindən törədilməməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, ifadəsi özünümüdafiə xarakteri daşıyır, inzibati məsuliyyətdən azad olunmaq üçün heç bir sübuta söykənməyən uydurma dəlillərlə inzibati xətasını pərdələmək məqsədi daşıyır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Abdullasoy Sübhan Natiq oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Abdullasoy Sübhan Natiq oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Abdullasoy Sübhan Natiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən Abdullasoy Sübhan Natiq oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2181/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2181/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver