Məhkəmə qərarları › İş №3(060)-2183/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2183/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2183/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022-ci ildə X2 barəsində olan Azərbaycan Respublikası BDYPİ-nin TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası BDYPİ-nin TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə edilmişdir. X4 tərəfindən şikayət müddət ötürülməklə verilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən etmək mümkün deyildir ki, qərarın surəti nə vaxt alınmışdır. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X4 tərəfindən şikayət qanunvericilikdə nəzərdə tutulmuş vaxtda verilməmiş, müddətin bərpası barədə də vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıbburaxılmamasını yoxlamaq mümkün deyildir. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, şikayətlə birlikdə ötürülmüş müddətin bərpası barədə vəsatət verməklə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 barəsində olan Azərbaycan Respublikası BDYPİ-nin TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti icraata qəbul edilməsin və şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. X3 nöqsanları aradan qaldıraraq, qərarın surətini əlavə etməklə, şikayətlə birlikdə ötürlümüş müddətin bərpası barədə vəsatət verməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar