Məhkəmə qərarları › İş №3(060)-2184/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2184/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2184/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP № ******* saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, sürücü bulvar küçəsi ilə S.Vurğun küçəsi istiqamətində hərəkət edən zaman geriyə dönmək üçün sola dönmək əməliyyatı edərkən eyni istiqamətdə hərəkət edən “Mercedes-Benz minik” markalı **-NX-*** d.q.n avtomobil ilə toqquşmuş sonuncu maşında olan vətəndaş bədən xəsarəti almışdır. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə olunmuş sənədlər İXM-nin 100, 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolda göstərilməli olan halları müəyyən edən İXM-nin 100.1.4-cü maddəsinə əsasən protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Lakin, hazırkı protokolda inzibati xətanın mahiyyətinə dair hissədə inzibati xətanın törədildiyi vaxt barədə məlumat qeyd olunmamışdır. Bütün bunlar isə İXM-nin 100-cü maddəsinin göstərişlərinə ziddir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materialına Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP № ******* saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol əlavə edilmiş 10 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının arxa səhifəsinə işlə bağlı olmayan şəxs barəsində 06 fevral 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surəti əlavə edilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 27 may 2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar