Məhkəmə qərarları › İş №3(060)-2185/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2185/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2185/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin MN ******* saylı protokolundan X2 verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin MN ******* saylı protokolundan X2 verdiyi şikayət daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, həmin şikayətə qərarın surəti əlavə olunmamış, şikayət protokoldan verilmişdir. Həmçinin uzun müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X2 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi onun qanuniliyinin yoxlanmasını mümkünsüz edir. X2 şikayətə əlavə etdiyi MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli sənəd qərar yox, protokoldur. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Odur ki, X2 özünün barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq, qərarın surətini əlavə etməklə, şikayətində inzibati xəta haqqında iş üzrə qərarı qeyd etməklə, yenidən şikayətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 118ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin MN ******* saylı protokolundan verdiyi şikayəti icraata qəbul edilməsin, X3 geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar