Məhkəmə qərarları › İş №3(060)-2185/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2185/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2185/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonu, Yataqoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, X2, Etilen-Polietilen zavodunda 11 saylı sahəsinin növbə rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən vəzifəli şəxs Şəxs “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 11 saylı istehsalat sahəsinin sahə rəisi vəzifəsində işləyən, vəzifə təlimatının “Vəzifə Öhdəlikləri” başlığının 10-cu abzasının tələbinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının (YTQ 01-2002) 1.2-ci bəndinin, 12.1.004-91 Yanğın təhlükəsizliyi DÜST-2.1- Cİ bəndinin, “Neft emalı və neft sənayesində təhlükəsizlik qaydaları”nın 6.4.22.3-cü bəndinin, habelə İB-nin təsdiq etdiyi (AZK- EP/İS/PR/033) saylı “Avadanlıq və boru kəmərlərinin təmirə hazırlanması proseduru”nun tələblərini pozaraq, 20 may 2024-cü il tarixdə saat 11 radələrində 11 saylı sintez sahəsində iş zamanı avadanlığın 402/01 saylı aşağı təzyiqli ayrıcının atmosferə çıxış xətti üzərində olan qoruyucu membranın atdığı (cırıldığı) üçün, avadanlığın saxlanılaraq təmirə çıxarılarkən qaz-hava qarışığı olan alışan mühitdə avadanlıqda təmir, yəni atmosferə çıxış xətti üzərində olan qoruyucu membranın dəyişdirilməsi işinin aparılmasına yol verdiyinə görə partlayış baş vermiş, nəticədə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Qüdrət oğlu və Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmuş, iş icraçısı X1 zərərvurmayan xəsarət yetirilmiş, Ramiz Əzimov özü də sağlamlığa zərərvurmayan xəsarət almışdır, bununla da, o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, iş üzrə özünü təqsirli bilir, əməlindən peşmandır. Belə ki, partlayış texnoloji rejimin dayanması nəticəsində baş vermiş və atmosfer təzyiqi membranı, yəni qoruyucu təbəqəni cırmışdır. İstehsalat prosesinin uzun müddət dayanmaması üçün işə davam etmişlər və baş vermiş hadisə nəticəsində xəsarət alanlar olmuşdur. Məhkəmədən aşağı həddə cərimə cəzasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onlara membranın, yəni qoruyucu təbəqənin cırıldığını və onu təmir etmələrini deyiblər. Buna görə də, o dərhal digər 2 nəfər zərərçəkmişlə birgə həmin yerə getmiş və köhnə, cırılmış membranı çıxartmışlar, mexanik də təzə membranı götürmək üçün getmişdir. Bundan sonra partlayış baş vermiş və onlar xəsarət almışdır. Lakin halhazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxslə barışdığı üçün ona qarşı tələbi və ya şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, hadisə Oqtay Bəşirovun qeyd etdiyi kimi olmuşdur. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxslə barışdığı üçün ona qarşı tələbi və ya şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə Zərərçəkmiş şəxs2 qeyd etdiyi kimi olmuşdur. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxslə barışdığı üçün ona qarşı tələbi və ya şikayəti yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün, X4 izahatı, məhkəmə-tibbi və məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rəd edilməsi haqqında qərardan görünür ki, tolanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1-1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs barəsində inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 986 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X7 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sifətin, sağ əlin, sağ bazu nahiyyəsinin, döş qəfəsinin və qarnın ön səthinin və hər iki budun yanıq yaraları. Qeyd olunan xəsarətlər yüksək hərarətin (alovun) yerli təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 20.05.25- ci il tarixdə qaz partlayış nəticəsində baş verən yanğın zamanı yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 987 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyunun nahiyyəsinin, sifətinin sağ yarısının, sağ əlin, sağ bazunun və saidin, döş qəfəsinin sağ yarısının ön səthinin, sağ budun ümumi bədən səthinin 30-35%ni əhatə edən İİ dərəcəli yanıq yaraları. Qeyd olunan xəsarətlər yüksək hərarətin (alovun) yerli təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 20.05.25- ci il tarixdə partlayış nəticəsində yara bilərdilər və qaz partlayış nəticəsində baş verən yanğın zamanı yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 988 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyunun nahiyyəsinin, sifətin sol yarısının, sağ əlin arxa səthinin, sağ saidin, döş qəfəsinin sağ yan səthinin, sağ budun ümumilikdə bayır səthinin 20%- ni əhatə edən İ-İİ-1İ1 dərəcəli termiki yanıq yaraları. Qeyd olunan xəsarətlər yüksək hərarətin (alovun) yerli təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 20.05.25- ci il tarixdə qaz partlayış nəticəsində baş verən yanğın zamanı yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/3695 saylı məhkəmə yanğın və texnolji partlayışların tədqiqi ekspertizasının rəyindən görünür ki, partlayışa səbəb, avadanlığın təmirə saxlanılması zamanı avadanlıqda təhlükəsizlik (içərisində zəhərli, yanğın-partlayış təhlükəli maddələr olan avadanlıq və boru kəmərlən neytrallaşdırılmalı, su buxarına verilməli, azot və ya texniki hava ilə üfürülməli və başqa sistemlərdən xüsusi arakəsmələrlə ayrılması, işə başlamazdan əvvəl qaz testinin götürülməsi və s. kimi tədbirlərinin görülməməsi nəticəsində avadanlığın daxilində qızmış vəziyyətdə olan etilendən ixrac olunan qazların qaz-hava qarışığını yaratması və qaz hava qarışığının hansısa alışdırma mənbəyinin təsirindən alışması olmuşdur. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 11 saylı sintez sahəsində iş zamanı avadanlığın aşağı təzyiqli ayrıcısının atmosferə çıxış xətti üzərində olan qoruyucu membranın atdığı (cırıldığı) üçün, avadanlığın saxlanılaraq təmirə çıxarılarkən vəzifə təlimatına əsasən iş yerinin hazırlanmasını "Avadanlıq və Boru Kəmərlərinin Təmirə Hazırlanması Proseduru”nda göstərilən tələblərinə uyğun şəkildə icra etmədən qaz-hava qarışığı olan alışqan mühitdə avadanlıqda təmir, yəni atmosferə çıxış xətti üzərində olan qoruyucu membranın dəyişdirilməsi işinin başlanılmasına yol verdiyinə görə, vəzifə təlimatının Vəzifə öhdəlikləri” başlığının 7-ci, “Növbə rəisi borcludur" başlığının 2-ci abzasının tələbinə əsasən, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №01-2001) 1.2-ci bəndinin, 12.1.004-91' “Yanğın təhlükəsizliyi" DÜSTnın 2.1-ci bəndinin, "Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydalan”nın 6.4.22.3-cü bəndinin tələbi “Azərkimya" İB-nin “Etilen-polietilen” zavodunun Polietilen istehsalat Sintez sahəsinin növbə rəisi tərəfindən pozulmuşdur. Azərkimya" istehsalat Birliyipin “Etilen Polietilen" zavodunun 11 saylı sintez sahəsində iş zamanı avadanlığın 402/1 saylı aşağı təzyiqli ayrıcısının atmosferə çıxış xətti üzərində olan qoruyucu membranın atdığı (cırıldığı) üçün, avadanlığın saxlanılaraq təmirə çıxarılarkən vəzifə təlimatına əsasən iş yerinin “Avadanlıq və Boru Kəmərlərinin Təmirə Hazırlanması Proseduru’nda göstərilən tələblərinə uyğun şəkildə hazırlanmadan qaz-hava qarışığı olan alışqan mühitdə avadanlıqda təmir, yəni atmosferə çıxış xətti üzərində olan qoruyucu membranın dəyişdirilməsi işinin aparılmasına yol verdiyinə görə, vəzifə təlimatının "Vəzifə öhdəlikləri" başlığının 10-cu abzasının tələbinə əsasən, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının (YTQ №01-2001) 1.2-ci bəndinin, 12.1.004-91' “Yanğın təhlükəsizliyi" DÜST-nın 2.1-ci bəndinin, "Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları’’nın 6.4.22.3-cü bəndinin tələbləri “Azərkimya” İB-nin "Etilenpolietilen” zavodunun 11 saylı sahəsinin sahə rəisi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, Zərərçəkmiş şəxs1, Bəşirov X11, Zərərçəkmiş şəxs3 və X5 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Növbə rəisi vəzifəsində işləyən Şəxs vəzifəsi yalnız tabeçiliyində olan işçiləri təlimatlandırmaqla məhdudlaşmır, onun vəzifəsi həmçinin tabeçiliyində olan işçilərin işinə nəzarət edilməsi, sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməkdən ibarətdir. İndiki halda Şəxs qeyd edilən vəzifələrini yerinə yetirməməsi, yəni tabeçiliyində olan işçinin işinə nəzarət etməməsi, onun işlədiyi sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda u Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən əməlini etiraf etməsi və səmimi peşman olması yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar