Məhkəmə qərarları › İş №3(060)-2188/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2188/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2188/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X5, Bakı Şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Bakı Şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Bakı Şəhər X10 İdarəsi tərəfindən tamamilə qanunsuz və əsassız olaraq İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla ona 100 (bir yüz) manat məbləğdə cərimə tətbiq olunmuşdur. Bakı Şəhər X10 İdarəsinin əməkdaşı, polis kapitanı X3 tamamilə qanunsuz və əsassız olaraq qəbul etdiyi qərara əsasən guya o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmaqla **-UT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai SantaFe” minik markalı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı aşağıdakı səbəblərdən əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Dəmirçizadə küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yol polis inspektoru onu saxlayaraq guya Xətai Dəmirçizadə kəsişməsi qarşısındakı işiqforun qadağanedici işarəsindən sonra hərəkətini davam etdirdiyini, bu səbəbdən barəsində inzibati xəta protokolu tərtib edəcəyini bildirmişdir. O isə belə olmadığını, hərəkətdə olarkən heç bir pozuntuya yol vermədiyini, əgər həqiqətən işıqforun qadağanedici işarəsindən sonra hərəkətdə olduğu halda həmin ərazidə olan xüsusi texniki vasitə ilə aşkar olunacağı və elektron protokol tərtib olunacağı bildirmişdir. Daha sonra yol polis inspektorundan foto və video görüntünün təqdim edilməsini xahiş etmiş, o isə təqdim etməyərək sistemə yüklənəcəyini bildirmişdir. O isə tərtib olunan protokolla razılaşmadığını, ondan şikayət edəcəyini bildirmişdir. Bir müddət sonra sms məlumatlandırma gəlmiş və orada xx.xx.2025-ci il tarixində saat 15:49-da, **- UT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin İXM-nin 327.2-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğində cərimə olunması barədə tərtib olunmuş “İXP7322709” nömrəli protokol qeyd edilmişdir. İnzibati xəta üzrə qeydə alınmış foto və video materiallarla tanış olmaq məqsədi ilə qeydiyyatdan keçdiyi “SMSRadar”a və “ASAN ödəniş” portalına baxdıqda foto və video materialların oraya ötürülmədiyini müşahidə etmişdir. Göstərilənlərə əsasən barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X7 şikayətini müdafiə edərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xətai rayonunda baş vermişdir. Həmin tarixdə o, Xətai rayonu Dəmirçizadə küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yol polis əməkdaşı tərəfindən saxlanılmış və ona bildirilmişdir ki, o, qadağanedici işarənin tələbini pozmuşdur. Buna baxmayaraq ona heç bir görüntü təqdim edilməmişdir. O, svetofora baxmış, yaşıl işıq yanıb sönmüş, yenidən yanıb sönərkən yolu keçdiyini bildirmiş, video görüntü ilə razı olmadığını qeyd etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqan məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 15:49-da Xətai Dəmirçizadə kəsişməsində “HYUNDAİ SANTA FE MİNİK” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X7 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 15:49-da “HYUNDAİ SANTAFE MİNİK” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə baxışı zamanı qərar qəbul etmiş şəxs Bakı şəhəri DYPİ-nin polis kapitanı X4 tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “HYUNDAİ SANTAFE MİNİK” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol ayrıcında svetoforun yaşıl işığı söndükdən sonra hərəkətə davam etmiş və nəticədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 60-cı maddəsinin birinci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndində göstərilir ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 15:49-da Xətai Dəmirçizadə kəsişməsində “HYUNDAİ SANTAFE MİNİK” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmişdir. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi X1 yaşıl işığında keçdiyini iddia etsə də, video görüntüdə qeyd edilən hal təkzib olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar