Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-219/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 Qərarından şikayət verilən orqan Sumqayıt şəhər X7 Şöbəsinin inspektoru, polis serjantı X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Kamran Məmmədov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Kamran Məmmədov şikayətini onunla əsaslandırmışdır ki, DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə inzibati qaydada cərimə edilmişdir. Tənbeh olunmasına əsas kimi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması göstərilmişdir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə saat 09:20 radələrində Çerkassi küçəsində **-YP-*** qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan yol patrul xidməti inspektoru Sənan Musazadə tərəfindən əsassız olaraq saxlanılmışdır. İnspektor onun qayda pozuntusu etdiyini iddia edərək heç bir görüntü təqdim etmədən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, inspektora qayda pozuntusu etmədiyini bildirmişdir. Məhkəmə iclasında qərardan şikayət verən Kamran Məmmədov şikayətini müdafiə edərək bildirdi ki, o, Çerkassi küçəsində hərəkətdə olarkən həmin yolda ötməni qadağan edən hər hansı yol nişanı olmamış, bu səbəbdən o, yolun boş oduğuna əmin olduqdan sonra əks istiqamətə çıxaraq ötmə əməliyyatını həyata keçirib öz zolağına qayıtmışdır. Hadisə vaxtı avtomobilində video qeydiyyat aparan cihaz olmuşdur. Qeydə alınmış həmin görüntülərdən onun hər hansı qayda pozmadığını görməyin mümkün olduğunu bildirmişdir. Həmin görüntüləri məhkəməyə təqdim edir. Qeyd olunanların nəzərə alınmasını və mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi yol patrul xidməti inspektoru, polis serjantı Sənan Musazadə qayda pozuntusunun Bədəlbəyli küçəsinin Çerkassi küçəsi ilə kəsişmədə baş verdiyini bildirmişdir. Qeyd edir ki, “Yol Hərəkəti haqqında” qanunun 51-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü ötməyə başlamazdan əvvəl girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boş olmağına və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacağına əmin olmalıdır. Həqiqətən də həmin yolda yolun 1 tərəfli olduğunu göstərən, o cümlədən ötməni qadağan edən hər hansı yol nişanı olmamışdır. Bu o deməkdir ki, həmin yol 2 tərəfli yoldur. “Yol Hərəkəti haqqında” qanunun 37-ci maddəsində sürücünün vəzifələri təsbit edilmişdir. Həmin vəzifələrə riayət etmək sürücünün borcudur. Həmin vaxt Kamran Məmmədov 1 yox, 2 avtomobili ötmüş, bu zaman qarşıdan gələn avtomobilin sürücüsü əyləci sıxaraq qəzanın qarşısını almaq məqsədilə avtomobilini sağa çəkmişdir. Həmin vaxt digər sürücü səriştəsiz və təcrübəsiz sürücü olmuş olsaydı, qəza qaçılmaz olardı və nəticədə ağır yol nəqliyyat hadisəsi baş verə bilərdi. Xidməti avtomobillərinə quraşdırılmış cihazda sürücü Kamran Məmmədov tərəfindən yol verilmiş qayda pozuntusu açıq aydın görünür. Qeyd olunanların nəzərə alınmasını və qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın dəyişdirilmədən qüvvədə qalmasını xahiş etdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Məhkəmə iclasında sürücü Kamran Məmmədov tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, o, idarə etdiyi “Nıssan Tıda” markalı, ** MD *** dövlət nömrə nişanlı avtomobillə iki tərəfli yolda hərəkət edir. Həmin vaxt o, ötmə əməliyyatını həyata keçirmək üçün imkan axtarır. O, ötmə əməliyyatı etmək üçün əks yola çıxmaq istəsə də, qarşıdan avtomobil gəldiyini görüb ötmə etmir. Bir neçə saniyə sonra həmin avtomobil onun yanından ötüb keçən kimi qarşıdan hər hansı nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini müəyyən etmədən, yolun boş olmasına əmin olmadan qarşısında hərəkətdə olan avotmobili ötmək üçün idarə etdiyi avtomobilin sürətini qəfildən artırır. Bu zaman o, öz zolağına tam keçmədən əks istiqamətdə hərəkətdə olan avtomobil onun yanından ötüb keçir və o öz zolağına tam daxil olur. X4 tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xidməti avtomobilin önündə gedən avtomobil ikitərəfli hərəkət younda öz zolağı ilə hərəkətdərir, bu zaman o, qəfildən hər iki hərəkəti eyni anda etməklə həm tormozlama edir və avtomobilin sükanını sağa çəkməklə baş verə biləcək qəzanın qarşısını alır. Bu zaman əks hərəkət yoluna çıxmaqla öndən gələn ağ rəngli avtomobil ötmə əməliyyatını yekunlaşdıraraq öz zolağına daxil olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Məhkəmə Kamran Məmmədovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsində göstərilmişdir ki, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Məhkəmə iclasında tədqiq edilmiş hər iki videogörüntüyə baş vermiş hadisənin görüntüsünü əks etdirən 01 ədəd diskə baxış keçirilən zaman məlum olmuşdur ki, sürücü Kamran Məmmədov həqiqətən qanunun qeyd edilən tələbini pozaraq girmək istədiyi hərəkət zolağının ötmə üçün kifayət qədər boş olmasını nəzərə almadan qarşı hərəkət zolağına daxil olmaqla həmin zolaqda hərəkətdə olan avtomobil üçün qəza şəraiti yaratmışdır. Bu səbəbdən digər avtomobilin sürücüsü tormozlama etməklə sükanı sağa doğru hərəkət etdirərək baş verə biləcək qəzanın qarşısını almışdır. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Kamran Məmmədovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-219/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-219/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver