Məhkəmə qərarları › İş №3(060)-2191/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2191/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2191/2021 25.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 18.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən 039 Cars avtosalonunun qarşısında X1 qarşı dələduzluq etmiş, 25.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində X2 qarşı dələduzluq edərək 320 manat maddi ziyan vurmuş, 05.03.2021-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin Əşya bazarı ərazisində X3 50 manat pulunu mənimsəyərək oğurluq etmiş, 26.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində saat 09:30-da vətəndaş Z.İsmayılova məxsus “Hyundai Santafe” avtomaşına 125 manatlıq ehtiyat hissəsi almaq adı ilə dələduzluq etmiş, 28.04.2021-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində V.Hüseynova məxsus avtomaşına ehtiyat hissəsi almaq adı ilə 150 manat pulunu alıb aldadaraq dələduzluq etmiş və 13.05.2021-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Ə.Balayevə məxsus “Mercedes” markalı nəqliyyat vasitəsinə ehtiyat hissəsi almaq adı ilə 100 manat pul alaraq dələduzluq etmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilərək, baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2187/2021, 3(060)-2188/2021, 3(060)-2189/2021, 3(060)-2190/2021, 3(060)- 2191/2021 və 3(060)-2192/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-2192/2021 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 25 iyun 2021-ci il tarixə, saat 12:45-ə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2187/2021, 3(060)-2188/2021, 3(060)-2189/2021, 3(060)-2190/2021, 3(060)-2191/2021 və 3(060)-2192/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-2192/2021 nömrə ilə birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar