Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2192/2021 25.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 18.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən 039 Cars avtosalonunun qarşısında X1 qarşı dələduzluq etmiş, 25.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində X2 qarşı dələduzluq edərək 320 manat maddi ziyan vurmuş, 05.03.2021-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin Əşya bazarı ərazisində X3 50 manat pulunu mənimsəyərək oğurluq etmiş, 26.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində saat 09:30-da vətəndaş Z.İsmayılova məxsus “Hyundai Santafe” avtomaşına 125 manatlıq ehtiyat hissəsi almaq adı ilə dələduzluq etmiş, 28.04.2021-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində V.Hüseynova məxsus avtomaşına ehtiyat hissəsi almaq adı ilə 150 manat pulunu alıb aldadaraq dələduzluq etmiş və 13.05.2021-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Ə.Balayevə məxsus “Mercedes” markalı nəqliyyat vasitəsinə ehtiyat hissəsi almaq adı ilə 100 manat pul alaraq dələduzluq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2ci qrup əlil olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş materiallar natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs əlil olub-olmaması araşdırılmamışdır. Məhkəmə işin düzgün araşdırılmaması qənaitinə gələrək hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li, 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 24.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardadan şikayət verilə bilməz. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2192/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2192/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver