Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2193/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 23 avqust 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-631/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 23 avqust 2022-ci il il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 631/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə 5616,40 manat borc və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Hal-hazırda borclu və icra sənədi üzrə tələbkar öz aralarında razılıqa gəlmişlər bu səbəblə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. İcra sənədi üzrə tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 631/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə 5616,40 manat borc və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Borclu söz verərək bildirmişdir ki, qeyd olunan borcundan hər ay mütamadi olaraq ödənişlər edəcəkdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək borclu Şəxs barəsində tərib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-631/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə 5616,40 manat borc və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Hal-hazırda o, icra sənədi üzrə tələbkarın nümayəndəsi ilə razılığa gəlmiş və söz verərək bildirmişdir ki, hər ayın sonu mütamadi olaraq qarafik üzrə ödənişlər edəcəkdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xaitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi əraizdədən görünür ki, borclu Şəxs ilə aralarında razılığa gəlmişlər bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında öz aralarında razılıq olmuş və icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi məhkəməyə yazılı ərizəsini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2193/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2193/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver