Məhkəmə qərarları › İş №3(060)-2193/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2193/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2193/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində “Opel Vectro minik” markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Bədəlbəyli küçəsində hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində yerləşən X10 evinin qarşısında sözügedən hadisə baş vermişdir. O, hadisədən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparmış və müayinədən keçirtmişdir. Hesab edir ki, zərərçəkmiş şəxsə hər hansı xəsarət almamışdır. Zərərçəkmiş şəxsin ərizəsi vardır ki, ondan şikayətçi deyil və barışmışdır. Polis əməkşdaşı tərəfindən zərərçəkən hadisədən 10 gün sonra ekspertizaya göndərilmiş və bunu vaxtında etməmişdir. Polis əməkşdaşının müvafiq qərarından şikayət etmək hüququnun olduğunu bilməmişdir. Məhkəmədən dediklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxs X3 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən xx.xx.2025-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və “Opel Vectro minik” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 844 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində QKBT Baş beyin silkələnməsi, boyun nahiyyəsinin qançırı aşkar olunmuşdur. Qeyd olunan xəsarət küt əşyanın təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 09.06.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit edilmiş daxili inam və sübutların məcmusu əsasında qiymətləndirərək Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında, xüsusilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 9 mart 2022-ci il tarixli Qərarında qeyd edildiyi kimi, yolnəqliyyat hadisələri ilə bağlı hüquqpozmalar iki obyektli xarakter daşıyır: birincisi, yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyi kimi ictimai münasibətlər, ikincisi isə insanın həyat və sağlamlığıdır. Hazırkı işdə Şəxs əməli hər iki qorunan obyektə qəsd etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, iş üzrə toplanmış və məhkəmə iclasında hərtərəfli yoxlanılmış sübutların məcmusu ilə – inzibati xəta haqqında protokol, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası rəyi və işə əlavə edilmiş digər sənədlərlə tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbehin təyini məsələsini həll edərkən, məhkəmə İXM-nin 9-cu maddəsində təsbit olunmuş ədalətlilik və 31-ci maddəsində müəyyən edilmiş inzibati tənbeh tətbiqetmənin ümumi qaydalarını rəhbər tutur. Həmin maddələrin tələbinə əsasən, tətbiq edilən tənbeh törədilmiş xətanın xarakterinə, təqsirkarın şəxsiyyətinə və təqsirinin dərəcəsinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair" 02 sentyabr 2020-ci il tarixli Qərarında da vurğulandığı kimi, ədalətlilik prinsipi inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Yuxarıda şərh olunan faktiki və hüquqi əsasların məcmusunu nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ədalətli, mütənasib və qanunauyğun olmaqla, İXM-nin 21-ci maddəsində göstərilən tənbehin məqsədlərinə - həm onun özünün, həm də digər şəxslərin gələcəkdə bu cür hüquqpozmalara yol verməsinin qarşısının alınmasına və qanunlara hörmət ruhunda tərbiyələndirilməsinə nail olmağa xidmət edəcəkdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300.00 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar