Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2195/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs - X2, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru polis baş serjantı X5 iştirakları ilə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vətəndaş X3 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X1 Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər 25.06.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Şikayətdən görünür ki, o, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Qərarda qeyd olunur ki, o, nəqliyyat vasitəsinin texniki tələbinə dair tələbləri – normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə dair tələbləri pozduğu üçün barəsində AP ******* nömrəli protokol tərtib edilmiş və müvafiq inzibati tənbeh barədə qərar qəbul edilmişdir. Halbuki, X11 Yük markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə heç bir qanunsuz avadanlıq quraşdırılmamışdır. Avtomobil "xxxx" MMC-yə məxsusdur və ölkəyə Almaniyadan gətirilmişdir. Gömrük sənədləşməsi aparılmış, Sumqayıt şəhəri üzrə qeydiyyat-imtahan və texniki baxış şöbəsində həmin sənədlərə uyğun müvafiq sənədləşmə aparılmışdır. Bundan əlavə hər il də avtomobil texniki baxışdan keçirilmişdir. Lakin avtomobildə hər hansısa bir uyğunsuzluğun olduğu ona bildirilməmişdir. Bu barədə polis əməkdaşına bildirsə də əhəmiyyət verilməmişdir. Həmçinin avtomobili əvvəlcədən heç bir rəsmi sənədləşmə təqdim edilmədən dayanacağa yerləşdirilmişdir. Yalnız DİN 102 qaynar xəttinə zəng etdikdən və şikayət ərizələri ilə müarciət etdikdən sonra 19 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında protokol ona təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən X3 yuxarıda şikayətindəki göstərdiklərini məhkəmə iclasında təsdiq edərək şikayətinin təmin edilməsini və TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs X7 bildirdi ki, 17.06.2021-ci il tarixdə saat 09:10 radələrində Mercedes markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkətdə olan zaman normativ tələblər pozulmaqla avandanlıq quraşdırılaraq nəqliyyat vasitəsini idarə etdiyi üçün tərəfindən saxlanılmış, barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X3 barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X11 Yük markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur və ölkəyə Almaniyadan gətirilmişdir. Gömrük sənədləşməsi aparılmışdır. X3 "xxxx" MMC-də sürücü kimi işləyir. Həmçinin inzibati xətaya dair iş materiallarından X11 Yük markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hansı avadanlığın quraşdırılması, avadanlığın göstəriciləri, hansı sənədə əsasən onun sonradan quraşdırılma hesab edilməsi və s. müəyyən edilməsi mümkün olmadı. İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi inzibati tənbeh vermiş şəxsin mülahizəsinə əsaslanmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati xətaya dair iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Buna görə də həmin halların mövcudluğu iş üzrə yekun nəticəyə gəlməyə imkan vermir. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X3 barəsində inzibati xətaya dair iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığından X8 oğlunun şikayəti qismət təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 barəsində qəbul edilmiş TP ******* saylı, 17.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2195/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2195/2021
06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver