Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2199/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsindan daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında 22 avqust 2022-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 11:42-də Sumqayıt şəhəri, Niyazı küçəsi, 47-ci məhəllə ünvanında açıq məkanda icazə sənədi olmadan soyuducu avadanlıqları üzərində "xxxx" ASC-yə məxsus Sirabmineral su brendinin reklamları yerləşdirilmişdir və yaymlanmaqdadır. Buna görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil bildirdi ki, Sumqayıt və Xırdalan şəhərlərinin küçə və prospektlərində yerləşən guya "xxxx" ASC-yə məxsus olduğu iddia olunan reklamlar ümumiyyətlə "xxxx" ASC-yə məxsus deyil və "xxxx" ASC tərəfindən həmin reklam fəaliyyətləri həyata keçirilmir. Belə ki, "xxxx" ASC ölkə ərazisində Sirab suyunun pərakəndə deyil topdan satışını həyata keçirir. "xxxx" ASC ilə yüzlərlə, o cümlədən də Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə Sirab suyunun satışını aparır. Həmin satışlar müqavilələr ilə rəsmiləşdirilir və bəzi hallarda sahibkarlara suyun satışını həyata keçirə bilmək üçün soyuducular da təqdim olunur. Həmin soyuducuları obyektdən kənarda yerləşdirmək və ya onlar vasitəsilə hər hansı reklamın həyata keçirilməsi barədə "xxxx" ASC-nin hər hansı tələbi mövcud deyil. Belə olan halda burada hər hansı açıq məkanda reklamdan və bu fəaliyyətin "xxxx" ASC tərəfindən həyata keçirilməsindən söhbət gedə bilməz. Bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə da digər nümayəndə Vəkil dediklərini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşı Nicat Cahangirli tərəfindən Sumqayıt şəhəri, Niyazi küçəsində yerləşən və "xxxx" ASC-yə məxsus soyuducu avadanlıqları üzərində müvafiq icazə alınmadan reklam yerləşdirilməsi müəyyən olunmuş və xəbərdarlıq edilərək, müvafiq icazə almalı olduğu bildirilmişdir. Bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" ASC barəsində müvafiq akt və göstəriş tərtib olunaraqona icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuş, lakin sahibkar buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra 10 avqust 2022-ci il tarixli bildirişlə sahibkara barəsində İXM-nin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədərəsmi xəbərdarlıq edilmiş və 22 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, Niyazi küçəsi "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən cəmiyyətin qanuni nümayəndəsinə məlumat verilsə də iştirak etməmiş, protokolun surəti xx.xx.2022-ci il tarixli, Rİ-02/xxxx/1132 nömrəli məktubla ünvana göndəərilmişdir. Bunları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 000117 saylı aktdan görünür ki, Sumqayıt şəhəri, Niyazi küçəsində yerləşən soyuducu avadanlığı üzərində Azərbaycan Respublikası “Reklam haqqında” Qanununun 26-cı maddəsinin tələblərini pozmaqla açıq məkanda soyuducu avadanlığı üzərində “Babək Sirab2 ASC-yə məxsus “Sirab” mineral su brendinin reklamlarını icazə sənədi olmadan yerləşdirilməsi və yayımlanması aşkar edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin 22 avqust 2022-ci il tarixli, ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:42-də Sumqayıt şəhəri, Niyazı küçəsi, 47-ci məhəllə ünvanında açıq məkanda icazə sənədi olmadan soyuducu avadanlıqları üzərində "xxxx" ASC-yə məxsus Sirabmineral su brendinin reklamları yerləşdirilmişdir və yaymlanmaqdadır. Buna görə də inzibati xəta protokolu tərtib edilmişdir. Ancaq işə baxılan vaxt məhkəməyə "xxxx" ASC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, «ünvan 2 ünvanında ticarətlə məşğul olan fiziki şəxslə "xxxx" ASC-nin istehsalı olan Sirab mineral suyu və digər məhsulların satışı ilə və soyuducunun istifadəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən soyuducularda "xxxx" ASC-nin Sirab suyunun reklamının yerləşdirilməsi barədə heç bir tələbi olmamışdır. Müqavilənin 2.2.9-cu bəndində qeyd edilir ki, soyuduculardan reklam məqsədi ilə istifadə edilərsə məsuliyyəti istifadəçi daşıyır. Bu təqdim olunan sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, haraslarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqaviləyə əsasən soyuducularda "xxxx" ASC-nin Sirab suyunun reklamının yerləşdirilməsi barədə heç bir tələbi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inzibati xəta törədilməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqaviləyə əsasən soyuducularda "xxxx" ASC-nin məhsullarının reklamı ilə bağlı heç bir tələbi olmamışdır. Ona görə də, baxılan iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2199/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2199/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver