Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-220/2021 14.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, X2 qızının katibliyi, Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili X1 , Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar işləyən, Sumqayıt şəhəri, mik-18, ev 29, m.92-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili Ağakərim Bəbirbəyli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seryalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2021-ci ildə saat 14:30da Sumqayıt şəhəri, Sülh küçəsində xüsusi karantin rejimi qaydalarını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili Ağakərim Bəbirbəyli tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci ildə saat 14:30-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən sahibkarı olduğu “Dədə Qorqud” restoranında şəxslərə yerində xidmət təşkil etmiş və xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Lakin polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlindən peşmandır. Məhkəmədən həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan: - BMCMİ-nin TAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Ağakərim Bəbirbəylinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 14.30-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Dədə Qorqud” iaşə obyektinin müştərilərə yerində xidmət göstərməklə, xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. Həmin vaxt iaşə obyektində olan 10 nəfər barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunarkən, sözügedən iaşə obyektinin sahibkarı, xx.xx.1979-cu il təvəllüdlü Şəxs səs-küy salmaqla buna öz etirazını bildirib polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə etməyə çalışmış, lazımi izahat işləri aparılaraq sakitləşdirilmiş, araşdırma ilə əlaqədar Baş İdarəyə dəvət olunarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə saxlanılaraq Baş İdarəyə gətirilmişdir. - inzibati xəta törətmiş şəxsi tutmaq barədə protokoldan görünür ki, Sumqayıt şəhəri, mik-18, ev 29, m.92-də yaşayan Şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq polisin qanuni tələbinə tabe olmadığına görə xx xxxxxx 2021-ci il saat 16.35-də inzibati qaydada Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili Ağakərim Bəbirbəyli tərəfindən tutulmuşdur. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 14.30-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Dədə Qorqud” iaşə obyektinin müştərilərə yerində xidmət göstərməklə, xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. Həmin vaxt iaşə obyektində olan 10 nəfər barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunarkən, sözügedən iaşə obyektinin sahibkarı, xx.xx.1979-cu il təvəllüdlü Şəxs səs-küy salmaqla buna öz etirazını bildirib polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə etməyə çalışmış, lazımi izahat işləri aparılaraq sakitləşdirilmiş, araşdırma ilə əlaqədar Baş İdarəyə dəvət olunarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi, şahidi və müdafiəçini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun etdiyi əmələ görə peşman olmasıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx xxxxxx 2021-ci ildən, saat 16.35-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx xxxxxx 2021-ci ildən, saat 16.35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(060)-220/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-220/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver