Məhkəmə qərarları › İş №3(060)-220/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-220/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-220/2022 10.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 22-ci məhəllə olan Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 06 yanvar 2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 06.01.2022-ci il tarixdə saat 13:15 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə ünvanında yerləşən obyektdə karantin rejimi dövründə müştərilərin fərdi qoruyucu vasitədən istifadə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs ASC barəsində tərtib olunmuş 06 yanvar 2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş 06 yanvar 2022-ci il tarixdə, MN № ******* saylı protokol əsassızdır. Belə ki, X3 ilə Şəxs ASC arasında bağlanmış “mağazada satış xidməti göstərilməsi haqqında” müqavilənin 1.2.1-ci maddəsinə əsasən Şəxs ASC-yə məxsus mağazadan A.Tapdıqova tərəfindən pərakəndə satış qaydasında mallar üçüncü şəxslərə satılarkən pərakəndə satışa malların təqdim edilməsi nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilməlidir. Malların təqdim edilməsi zamanı alıcılara nəzarət-kassa aparatının çeki verməlidir. Alıcılar tərəfindən malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə, alıcıya nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir. Həmin müqavilənin 1.2.7-ci maddəsində mağazaya gələn müştərilərin mallar və məhsullar barədə suallarını cavablandırmaq və nəzakətli qaydada lazımi məlumat vermək, malları alıcılara təqdim təqdim edərkən əlcək geyinmək, çəkidə düzgün olmaq və mağazada istifadə olunan avadanlıqların təmizliyini təmin etmək, fəaliyyət göstərdiyi mağazaya daxil olan şəxslərin sanitar gigiyenik normalra əməl etməsinə nəzarət etmək və onlardan bunu tələb etmək, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərə riayət edilməsini tələb etmək və pozulmasının qarşısını almaq vəzifələri A.Tapdıqovanın üzərinə qoyulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Sifarişçi” ilə Şəxs ASC arasında bağlanmış “mağazada satış xidməti göstərilməsi haqqında” müqavilənin 1.2.7-ci maddəsindən müəyyən olunur ki, mağazaya gələn müştərilərin mallar və məhsullar barədə suallarını cavablandırmaq və nəzakətli qaydada lazımi məlumat vermək, malları alıcılara təqdim təqdim edərkən əlcək geyinmək, çəkidə düzgün olmaq və mağazada istifadə olunan avadanlıqların təmizliyini təmin etmək, fəaliyyət göstərdiyi mağazaya daxil olan şəxslərin sanitar gigiyenik normalra əməl etməsinə nəzarət etmək və onlardan bunu tələb etmək, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərə riayət edilməsini tələb etmək və pozulmasının qarşısını almaq vəzifələri A.Tapdıqovanın üzərinə qoyulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi və protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş 06 yanvar 2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.6-2-ci bəndinə görə həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Şəxs ASC-nin təqsiri sübuta yetirilmir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs ASC-nin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən və eyni zamanda X3 ilə Şəxs ASC arasında bağlanmış “mağazada satış xidməti göstərilməsi haqqında” müqavilənin 1.2.7-ci maddəsinə əsasən mağazaya gələn müştərilərin mallar və məhsullar barədə suallarını cavablandırmaq və nəzakətli qaydada lazımi məlumat vermək, malları alıcılara təqdim təqdim edərkən əlcək geyinmək, çəkidə düzgün olmaq və mağazada istifadə olunan avadanlıqların təmizliyini təmin etmək, fəaliyyət göstərdiyi mağazaya daxil olan şəxslərin sanitar gigiyenik normalra əməl etməsinə nəzarət etmək və onlardan bunu tələb etmək, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərə riayət edilməsini tələb etmək və pozulmasının qarşısını almaq vəzifələri A.Tapdıqovanın üzərinə qoyulduğundan barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ASC barəsində 06 yanvar 2022-ci il tarixdə, MN № ******* №-li inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 22-ci məhəllə ünvanında yerləşən Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar