Məhkəmə qərarları › İş №3(060)-220/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-220/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-220/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1978-ci ildə, Türkmənistan Respublikasının Nebit-Dağ şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP5939275 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-220/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-220/2024 saylı qərarı ilə razılaşmayan Şəxs apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(060)-220/2024 saylı qərarını qismən (nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması hissəsində) ləğv edilərək barəsində cərimə nəzərdə tutan inzibati tənbeh növündə cəza tətbiq edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qərararı ilə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(060)- 220/2024 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər 2023-cü il tarixə aiddir. Qeyd olunan sənədlərin hazırki inzibati xətaya aid olması məhkəmədə şübhə doğurur və həmin sənədlər mötəbər sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi isə bu xüsusatı nəzərdən qaçıraraq inzibati xəta haqqında protokolu əsas götürərək Şəxs barəsində İXM-nin 333-1.1- ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi qənaətinə gələrək qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X2 məhkəmə iclasında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Lakin o izahatında narkotik vasitədən bir neçə gün əvvəl istifadə etdiyini bildirmişdir. O, ailəsini sürücü işləməklə saxlayır və himayəsində azyaşlı uşağı var. O, polis tərəfindən cərimə olunub və cəriməsini ödəyir. Qeyd edilənlərə əsasən nümayəndə cərimə nəzərdə tutan inzibati tənbeh növündə cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt şəhər Narkoloji Dispanserinə göndərilmiş məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:45-də Sumqayıt DYPŞ-nin əməkdaşı Muradov Elvin tərəfindən müayinə olunmaq üçün Dispanserə gətirilmişdir. Vətəndaş müayinə olunmuş və 45 nömrəli akt tərtib edilmişdir. Müayinə nəticəsində marixuana qəbulu faktı aşkar edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Quliyev X4 göstərilən tələblərini pozaraq, avtomobili narkotik qəbulundan yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Şəxs müdafiəçisi onun saxlanmazdan bir neçə gün əvvəl marixuana qəbul etdiyini bildirsə də, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol polisi şöbəsində verdiyi izahatında bu barədə heç bir şey bilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar