Məhkəmə qərarları › İş №3(060)-2202/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2202/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2202/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Hafiz oğlunun iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Hafiz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Hafiz oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında Sumqayıt şəhər X4 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №li protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №li protokol tərtib olunub ona görə ki, xx.xx.2022-ci il tarixdə sürücü Şəxs Hafiz oğlu Bakı küçəsində hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydasını pozaraq saxlanılmış, həkim yoxlamasından keçən zaman sərxoş halda avtomobili idarə etdiyi və il ərzində təkrar sərxoşluq olduğu məlum olmuşdur. Bununla da Nağıyev X1 Xətalar Məcəlləsinin 333.2-ci maddəsində göstərilmiş pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən Şəxs Hafiz oğlunun barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.2-cü maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs Hafiz oğlu məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı küçəsində hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydasını pozduğuna görə Sumqayıt DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və həkim yoxlamasından keçən zaman sərxoş halda avtomobili idarə etdiyi məlum olmuşdur. Axşam spirtli içki qəbul etdiyini və səhər yola çıxarkən saxlanıldığını bildirmişdir. Əməlindən peşmandır. Ona görə də, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs Hafiz oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 4249 №-li, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin yoxlanılması barədə qəbz ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin yoxlanılması barədə qəbzə görə Şəxs Hafiz oğlunda müayinə vaxtı (xx.xx.2022-ci il, saat 03:35-də) 0,567 % promil alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. İşə əlavə olunmuş portaldan çıxarışdan görünür ki, Şəxs Hafiz oğlu xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokolla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Hafiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs Hafiz oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs Hafiz oğlunun şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs Hafiz oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 4249 №-li, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” ilə və il ərzində təkrar sərxoş məsuliyyətə cəlb edilməsi barədə portaldan çıxarışla öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Hafiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsindən istifadə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar