Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2205/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30153312 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30153312 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30153312 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat cərimə olunmuşdur, xx.xx.2025-ci il tarixdə istifadəsində olan **-FE-*** dövlət qeydiyyat nişanlı xdiməti avtomobli idarə etdiyi zaman Azərbaycan prospekti ilə hətərəkətdə idi və Səməd Vurğun küçəsinə daxil olaraq 1.1. üfuqi nişanlanma xəttindən yolu keçərək sola dönmüşdü. Həmin tarixdə “SMSRADAR” elektron yükləmə vasitəsi ilə EQ30153312 nömrəli xx.xx.2025-ci il tarixli AR İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarla 100 azn məbləğində 3 bal olmaqla cərimə olunmağı barədə məlumat daxil olur. Həmin yükləməyə daxil olduqda qeyd olunmuş inizbati xəta ilə əlaqədar yüklənmiş şəkildə tərəfindən heç bir qayda pozuntusunun olmaması əks olunur. Həmin şəkillərin eletron radarla yox məhz şəhərin İctimai təhlükəsizlik kameraları ilə qeydə alınsada, bu hadisə ilə əlaqədar video görüntü yoxdur. AR İXM-nin 327.2-ci bəndinə əsasən 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə уanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi nəzərdə tutulur. “Yol hərəkəti” haqqında AR Qanununun 69-cu maddəsinə əsasən 1.11 üfiqi nişanlanma xətti yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Təqdim olunmuş şəkillərdən bəlli olur ki, o 1.11 üfiqi nişanlanma xəttinin tələbinə əsasən icazə verilən (qırıq-qırıq xətt olan) hissədən qoşa xətti keçib dönməni həyata keçirmişdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, EQ 30153312 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmağını xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə şəxsi avtomobili ilə hərəkətdə olarkən M.Hüseynzadə stadionu istiqamətində dönmüş və heç bir inzibati xəta törətməmişdir. Lakin, telefonuna “SMS RADAR” vasitəsilə cərimə olunmasıyla bağlı bildiriş gəlmişdir. Bundan başqa qeyd etmişdir ki, qoşa xətti tapdalamamışdır. Beləliklə, İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, EQ 30153312 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmağını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və hadisə yerinin videogörüntüsünü araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30153312 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30153312 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il saat 21:17-də “CHANGAN UNİ-V PLUGİN HİBRİD MİNİK” markalı **-FE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarına riayət etməmişdir. Ona görə də X3 nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, X3 AR İXM-in 327.2-ci maddəsi ilə 100 manat məbləğində və 3 bal cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən məlum olur ki, avtomobilin 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmamışdır. Müəyyən edilmişdir ki, “CHANGAN UNİ-V PLUGİN HİBRİD MİNİK” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı qeydə alınmış inzibati xəta hadisəsinə görə X3 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilsə də, iş materiallarına əlavə edilmiş fotoşəkildə onun təqsirli olması öz təsdiqini tapmır. Məhkəmə İXM-in 53.1.2-ci və 53.2-ci maddələrinə istinaq etməklə qeyd edir ki, hazırkı iş materiallarına əlavə edilmiş fotoşəkildə Aqşin İsmayılovun yol hərəkəti qaydalarını pozması öz əksini tapmır, həmçinin iş materiallarında təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30153312 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30153312 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30153312 nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2205/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2205/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver