Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2207/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər (icra sənədi üzrə tələbkarlar): Zərərçəkmiş şəxs1 və X1, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1946-cı ildə Füzuli rayonu, Maralyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir, o yayınır, icra məmurunun tələblərinə də əməl etmir. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Hal-hazırda evdə 6 nəfər yaşayır, onların yaşamasına yer yoxdur, ona 2 sot torpaq sahəsi pay vermişdir, lakin o imtina edir. Qərarın icra edilməsi mümkün deyildir. Buna görə də qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs1 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar o və Zərərçəkmiş şəxs2 azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İcra sənədi hələ də yerinə yetirilməmiş, onlar həmin yaşayış yerinə köçməmişlər. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs2 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs1 və onun azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İcra sənədi hələ də yerinə yetirilməmiş, onlar həmin yaşayış yerinə köçməmişlər. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs icra sənədi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. İcra məmurları xx.xx.2022-ci il tarixdə həmin ünvanda olmuşlar. Onları borclu qarşılamışdır. O qərarın icrasına maneçilik törədərək tələbkarları evə buraxmaqdan imtina etdi. Heç bir halda qərarı icra etməyəcəyini bildirdi. O evdə onlara yer olmadığını əsas gətirdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən icra sənədinin yerinə yetirilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da onu icra etməmiş, həmçinin icra məmurunun tələblərinə də əməl etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2207/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2207/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver