Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2207/2025 03.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-in X1 daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-in X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, müşayiət məktubunda bir sıra yanlışlıqlara yol verilmişdir. Məhkəməyə hansı şəxs (hüquqi və ya vəzifəli) barəsində hansı protokolun aidiyyəti üzrə baxılması üçün göndərilməsi aydın deyil. DƏMX-in X2 xx.xx.2025-ci il tarixli müşayiət məktubunda "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol tərtib edildiyi və material baxılmaq üçün göndərildiyi qeyd edilmişdir. Bundan başqa həmin məktubda xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol və işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli qərardad qəbul olunduğu qeyd edilmişdir. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinə baxılması üçün göndərilmiş, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli 3 (060)-1721/2025 nömrəli qərar qəbul edilmişdir. Bundan başqa Şəxs barəsində tərtib olunmuş MN № ******* saylı protokol üzrə DƏMX-in Abşeron-Xızı regional bölməsi tərəfindən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərtib olunmuş hər iki protokol üzrə qərar qəbul edildiyi üçün iş materialları geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-in X3 geri qaytarılsın. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-in X3 qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi hüququ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2207/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2207/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver