Məhkəmə qərarları › İş №3(060)-2208/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2208/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2208/2023 14.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində 14 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4808/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 47556 manat alınaraq X3 ödənilməlidir. Borclu üzürsüz səbəbdən borcu ödəməmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 izahatında bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4808/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 47556 manat alınaraq X3 ödənilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya qərar və bildiriş göndərilmişdir. Tələbkar borclu tərəfindən ödəniş edilmədiyini və onun barəsində icra tədbirlərinin görülməsi barədə İdarəyə müraciət etmişdir. Borclu İdarəyə dəvət olunmuş və borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmişdir. O, borcu ödəyə bilmədiyinə səbəb kimi aliment öhdəliyinin olduğunu və mütəmadi aliment ödədiyini bildirmişdir. Borclu işlədiyini və 550 manat əmək haqqı aldığını bildirmiş, borc onun əmək haqqına yönəldilmişdir. Borclu cəmi 200 manat ödəniş etmişdir. Lakin borclu borcun tam ödənilməsini tələb edir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4808/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu ondan 47556 manat alınaraq X3 ödənilməlidir. Bu borc məbləği ilə əlaqədar o və tələbkarın qızı Azərbaycan Respublikası CM-nin 178-ci madəsi ilə təqsirli bilinərək o, 03 (üç) il müddətinə, tələbkarın qızı isə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Tələbkarın qızının himayəsində azyalı uşaq olduğuna görə onun cəzası təxirə salınmışdır. Bu icra sənədinin olmasından cəzaçəkmə müəssisəsində çıxandan sonra, 2023-cü ilin may ayında xəbəri olduğunu bildirdi. İstintaq zamanı şikayət etmiş, sonra tələbkarın qızı tutulmasın deyə təqsirli olduğunu bildirmişdir. Lakin onu da bildirir ki, tələbkar öz qızına etibarnamə vermişdir, belə olan təqdidə o necə pul çıxara bilər. Həbsdən azad olduqdan sonra aralarında olan nikah pozulmuş və uşağın saxlanılması üçün 175 manat aliment kəsilmişdir. Aliment 175 manat olsa da, hər ay 350 manat pul ödəyir. Bu gün də tələbkara borcdan 200 manat ödəniş etdiyini bildirdi. Himayəsində 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bidirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4808/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 47556 manat alınaraq ona ödənilməlidir. Yaşadığı mənzil yuxarı mərtəbədə olduğundan həmin mənzili satıb aşağı mərtəbədən ev almaq üçün satmışlar. O qızına etibarnamə vermiş, qızı pulu götürmək üçün Banka getdikdə borclu da onun yanında olmuşdur. Pulu Bankdan götürdükdən sonra borclu Binə ticarət mərkəzində dükanı olduğunu, pulu ora yönləndirərək qazanc əldə edəcəklərini bildirərək pulu onlardan almışdır. Lakin borclu pulu xərləmiş və həmin puldan hər hansı bir məbləğ geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişləri gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədləri üzrə borcların tam ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 14 sentyabr 2023-cü il, saat 16:40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar