Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2212/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü polis Bölməsinin polis sahə rəisi Emil Şirəliyevin, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, məhəllə 41, yataqxana 14 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi Emil Şirəliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 02 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixində saat 16:00 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 85 binanın həyətində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi Emil Şirəliyev izahatında bildirmişdir ki, daxil olmuş təhqiqat qərarı əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Lakin məhkəmə prosesi zamanı tərəflər arasında barışıq əldə olunmuşdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Hal-hazırda zərərçəkmiş şəxslə barışıb. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxsyla barışmış və ona qarşı şikayət və ya tələbi yoxdur. Məhkəmədən onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 16:00 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 85 binanın həyətində Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmiş və iş materialları aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 16:00 radələrində yataqxananın həyətində qonşusu Şəfəq onunla mübahisə edib nalayiq ifadələr işlətmiş və onun qoluna, boynuna, ayağına zərbələr endirərək saçını yolmuş, ona bədən xəsarəti yetirmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə 16 radələrində yataqxananın qarşısında qonşusu Şəfəq onu gördü. Şəfəq qəfil onun üzərinə qaçıb saçından yapışıb dartmağa başladı, sol əlinə zərbə endirdi və onu nalayiq ifadələrlə təhqir etdi. Şəfəq onu yerə yıxıb başına təpiklə zərbələr endirirdi, lakin o, ona heç bir xəsarət yetirməmişdir. Bundan sonra qonşular gəlib onları ayırdılar. O, yerdən qalxdı və daha sonra gəlib polisə müraciət etdi. İş materiallarında olan 11 avqust 2025-ci il tarixli, 1215 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: boynun sağ yan yuxarı hissəsinin, sağ yanağın, boynun sol yan arxa hissəsinin sıyrıqları. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Şəxsyla barışmış və ona qarşı şikayət və ya tələbi yoxdur. Məhkəmədən onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Zərərçəkmiş şəxsyla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb təhqiqatçı tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olmuş, protokol tərtib edən polis əməkdaşı həmin qərarda qeyd olunanlara əsaslanaraq Şəxs düzgün olaraq əməlində inzibati xətanın əlamətlərinin olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında da Şəxs təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2212/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2212/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver